Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 20:32

Çili futbol yığmasının oyunçusu da donuz qripinə yoluxdu


Çili Milli Futbol Komandasının oyunçusu Rodqiro Milların donuz qripinə yoluxması təsdiqlənib. Milların özünün mediaya verdiyi açıqlamaya görə, xəstəliyin ilk əlamətlərini ötən şənbə günü hiss eləyib, 1 gün sonra isə həkimə gedib. Futbolçu bu həftə həkim nəzarəti altında xəstəxanada qalıb, müalicə keçməli olacaq. Növbəti həftələrdə də oyunçunun məqşlərə qatılması qadağan edilib.

Rodriqo Millar ötən həftə 2010-cu il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində oynanan Çili-Boliviya oyununda meydanda olub.
Həmin oyunda Çili 4-0 hesabıyla qalib gəlmişdi.

Milların H1N1 virusuna yoluxması komanda içində də panika yaradıb. Amma hələ ki, digər futbolçularda yeni virusun əlamətləri aşkarlanmayıb.

Çilidə ümumilikdə 2300 nəfər donuz qripi virusnuna yoluxub, bunlardan 2-si xəstəlikdən dünyasını dəyişib.

ÖNCƏKİ SƏHİFƏYƏ GERİ QAYIT
XS
SM
MD
LG