Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 07:22

«Hamısı deyirdi ki, Qarabağ Azərbaycanın tərkibində qalmalıdır»


Aram Abramyan
Azərbaycan və Ermənistan ziyalılarının Qarabağa, Yerevan və Bakıya birgə səfərinin iştirakçısı olan «Aravot» (Səhər) qəzetinin baş redaktoru Aram Abramyan Bakı səfərindən sonra «Azadlıq» Radiosunun Ermənistan xidmətinə müsahibə verib.

-Səfər haqqında təəssüratlarınız?

-İlkin təəssüratım odur ki, həm Ermənistan, həm Azərbaycan, həm də Qarabağ rəhbərliyi həqiqətən də bu problemə imkan daxilində tezliklə son qoymaq əzmindədirlər.

Amma məsələ burasındadır ki, onların problemə yanaşmaları fərqlidir və açığını deyim, məndə elə bir təsəvvür yaranmadı ki, prezidentlər arasındakı fikir müxtəlifliyi xüsusi olaraq azalıb.

-Bakıda sizə necə münasibət göstərdilər?

-Ümumilikdə xeyirxahlıqla qarşılandıq. Əlbəttə, bizimlə münasibətdə olanlar ziyalılar idi. Məsələn, Polad Bülbüloğlu və ya konservatoriyanın rektoru – bunlar sözün yaxşı mənasında kosmopolit tərbiyə görmüş adamlardı. Təbii ki, prinsipial məsələlərdə onların fikri müəyyən çərçivəni aşmırdı. Hamısı deyirdi ki, Qarabağ Azərbaycanın tərkibində qalmalıdır və sonradan İlham Əliyev də bu fikri təkrar etdi. Amma, düşmənçilik, nifrət və etnik dözümsüzlük ovqatı yox idi.

-Belə tədbirlər nə dərəcədə faydalı ola bilər?

-Düşünürəm ki, yaxşı təşkil olunsa, belə görüşlər tərəflər arasındakı gərginliyin azaldılmasına xidmət edər. Bunun üçün nümayəndə heyətlərinin tərkibini, müzakirə olunan məsələlərin gündəliyini dəqiq seçmək və bu görüşləri tez-tez keçirmək lazımdır.

Amma istənilən halda, son sözü prezidentlər deyir, biz yox.
XS
SM
MD
LG