Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:04

Bloqqerlərin qısa sürən məhkəməsi...


Emin Milli
Emin Milli
Məhkəmə başa çatdıqdan sonra Emin MilliAdnan Hacızadə maşına mindirilərkən onları gözləyənlər aksiya keçiriblər. Etirazçılar Səbail rayon məhkəməsi qarşısında «azadlıq» şüarları səsləndiriblər.

Məhkəmənin qarşısından keçən yolda bu müddət ərzində avtomobillərin hərəkəti müvəqqəti dayanıb.

Amma zorakılıq halı müşahidə olunmayıb.

Polislər isə çəkiliş aparmaq istəyən jurnalistləri itələyib, mane olublar. Bundan sonra aksiya sona çatıb.

Bakıda Bloqqerlərin məhkəməsi
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00
Direct-ə keçid


Məhkəmənin içərisində jurnalistlərə telefon və fotoaparatdan istifadəyə etməyə qoymayıblar. Fasilə müddətində də fotoaparatdan yararlanmağa imkan olmayıb.

Ancaq zərərçəkən kimi tanınan «Livan» restoranının müdiri İlkin Əlizadə məhkəmənin gedişində mobil telefondan istifadə edirdi.

Məhkəmə qurtarandan sonra valideynlər dəmir barmaqlıqlar arasında olan gənclərlə görüşüblər.

Proses zamanı hakimin mikrofondan istifadə etməməsi və üstəlik yavaş danışması problem yaradırdı. Arxada oturanlar isə deyirdilər ki, nə hakimi, nə də vəkilləri eşidirlər.

Hakim prosesin keçirildiyi zalın Səbail rayon Məhkəməsində ən böyük zal olduğunu bildirib. Zalın sahəsi təxminən 50-60 kvadratmetr idi.

***

Fasilədən sonra hakim həm müdafiə, həm də zərərçəkmişlərin vəsatətlərinin heç birini qəbul etməyib. Sentyabrın 16-da proses məhkəmə baxışı ilə davam edəcək.

***

Adnan Hacızadə
Prosesdə gənclərin vəkilləri bir neçə vəsatət verib. Vəsatətlərdən biri işin ibtidai istintaqa qaytarılması ilə bağlı olub. Ancaq hakim bu vəsatəti təmin etməyib. İkinci vəsatət isə Emin Milli və Adnan Hacızadə haqqında seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı olub. Hakim bu vəsatətin də qəbul edilmədiyini bildirib və müşavirə otağına gedib.

Zərərçəkən qismində tanınan şəxslərin vəkili Zaur İbadov da vəsatət verib. Onun vəsatəti prosesin qapalı keçirilməsi ilə bağlı olub. Zaur İbadov mövqeyini belə əsaslandırıb ki, təqsirləndirilən şəxslər siyasətlə məşğuldur və bu məsələdə hansısa dövlət sirri açıla bilər. Ona görə də prosesin qapalı aparılmasına ehtiyac var. Bu vəsatətə hakim fasilədən sonra münasibət bildirəcək.

***
«Siyasi fəaliyyətlə məşğul olmaq o deməkdir ki, sən siyasi partiya üzvü olursan və siyasi vəzifə tutmaq üçün seçkilərdə namizədliyini irəli sürürsən. Biz siyasi partiya üzvü olmamışıq və siyasi fəaliyyətlə məşğul olmamışıq. Amma biz azad vətəndaş kimi sadəcə ictimai-siyasi məsələlərə dair fikir bildirmişik. Məsələn, Nyu-Yorkda referendum əleyhinə BMT qarşısında mitinq təşkil etmişəm. Yalnız avtoritar rejimlərdə siyasətdən sadəcə danışan adamlara siyasətçi deyirlər».

Bunu məhkəmədə Emin Milli deyib.

İndi prosesdə fasilədir.

***
Sentyabrın 4-də Səbail rayon məhkəməsində gənc bloqqer Adnan HacızadəEmin Millinin məhkəməsi başlayıb.

Proses açıq keçirilir, bloqqerləri məhkəməyə gətiriblər.

Məhkəməni bir çox beynəlxalq təşkilatların nümayəndələri və diplomatlar izləyirlər. Amma onların əksəriyyətini zala buraxmayıblar. Məhkəmə zala əlavə stullar qoyulmasına imkan verməyib. Buna görə diplomatlar, əksər jurnalistlər və ictimaiyyət fəalları kənarda qalıblar. Sonra diplomatları zala buraxıblar.

Adnan Hacızadə və Emin Milli bu il iyulun 8-də «Lebanese» restoranında baş verən münaqişədən sonra həbs ediliblər. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

Gənc fəallar ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
XS
SM
MD
LG