«Bakıya verilən elektrikin kəsilməsinə səbəb «Abşeron» yarımstansiyasında açılmadır. Açılmanın səbəbini isə mütəxəssislər araşdırırlar». Bunu AzadlıqRadiosuna müsahibəsində «Azərenerji»nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.
Baxşəliyev bildirib ki, nə Mingəçevir SES, nə də digər elektrik stansiyaları ilə bağlı heç problem yoxdur, stansiyaların işi davam edir.
«Azərenerji»nin rəsmisi deyib ki, Bakıya elektrik verilişi gün ərzində tədricən bərpa olunacaq.
***
Bakı Metropolitendə işıqlar yansa da, qatarların hərəkəti bərpa olunmayıb. Metropoliten işçisi
AzadliqRadiosunun əməkdaşına bildirib ki, metroda hərəkət qrafiki pozulduğundan metrodan istifadə edən sərnişinlər bir qədər də gözləməlidirlər.
***
Travmatologiya və Ortopediya Elmi Tədqiqat İnstitutunun işıqları səhər saatlarından sönüb. Xəstəxanaya müayinə gələn vətəndaşların AzadliqRadiosuna bildirdiyinə görə, rentgen aparatı işləmədiyindən həmin şöbənin qarşısında növbə yaranıb.
Zərifə Əliyeva adına göz xəstəxanası da işıqsız qalıb. Xəstəxanadan AzadlıqRadiosuna verilən məlumata görə, ambulator müalicə üçün müraciət edən xəstələr geri qayıdır.
***
Bakı Metropolitenin bütün stansiyaları saat 14-00-dan etibarən fəaliyyətini tam bərpa edəcək. Bu haqda AzadlıqRadiosuna metropolitenin rəisi Tağı Əhmədov məlumat verib. Əhmədov bildirib ki, qatarların tuneldə qalması səbəbindən bir neçə nəfərin səhhətində bəzi problem yaranıb, amma tibbi yardımdan sonra zərərçəkmiş sərnişinlər özlərinə gəliblər.
***
«Bakıya elektrik enerjisinin verilişi tədricən bərpa olunur. Artıq paytaxtın mərkəzi rayonlarında işıqlar yanır». Bu haqda AzadlıqRadiosuna «Azərenerji»nin sözçüsü Ələkbər Baxşəliyev məlumat verib. Baxşəliyev bildirib ki, qəzanın səbəbləri aradan qaldırılır.
Qəzanın səbəbinə gəlincə, «Azərenerji»nin rəsmisi deyib:
«Bakıya verilən elektrik enerjisinin dayanmasına səbəb açılmadır. İndi mütəxəssislər bunun səbəbini araşdırırlar. Hələlik əlavə heç bir məlumat verə bilmərik».
***
Nizami metrostansiyasının qabağına toplaşmış vətəndaşları polis dağıdır. Yaxınlarından narahat olan Bakı sakinlərinə bildirilib ki, tuneldə qalan olmayıb. Qatarlar Elmlər Akademiyası və 28 may stansiyalarına daha yaxın olduğu üçün sərnişinlər əsasən bu stansiyalardan evakuasiya olunublar.
Stansiyanın qabağına toplaşanlara bildiriblər ki, metro təxminən bir saatdan sonra işləyəcək.
***
«APA»-nın «Azərenerji» ASC-nin Mərkəzi Dispetçer Xidmətindən əldə etdiyi məlumata görə, Azərbaycanın əsas enerji istehsal edən stansiyaları olan «Mingəçevir SES Silsiləsi» və «Azərbaycan» İstilik Elektrik Stansiyası hədsiz yüklənmə nəticəsində fəaliyyətini dayandırıb. Bu isə Bakı şəhərində və ölkənin bəzi rayonlarının enerji təchizatında problemlərə səbəb olub.
***
Şüvəlan qəsəbəsində yerləşən Şimal Dövlət Rayon Elektrik Stansiyası fəaliyyətini davam etdirir.
Stansiyadan AzadlıqRadiosuna verilən məlumata görə, bu stansiya Bakının Əzizbəyov rayonunu elektrik enerjisi ilə təchiz etmək iqtidarındadır. Amma yaranan problemlə əlaqədar stansiyaya göstəriş verilib ki, hələlik naqillərdə gərginlik yaranmasın deyə, paytaxta elektrik enerjisi verilişinə məhdudiyyət qoyulsun.
***
«Azərenerji»-dən Ələkbərov Baxşəliyevin «Day.Az» informasiya portalına verdiyi açıqlamaya görə, paytaxtda elektrik enerjisi verilişinin müvəqqəti kəsilməsinin səbəbləri hələlik bəlli deyil:
«Biz hələlik faktla bağlı araşdırma aparırıq. Ətraflı məlumat sonra veriləcək».
***
Elmlər Akademiyası metrostansiyasının girişi bağlıdır. Stansiyanın əməkdaşlarından AzadlıqRadiosuna verilən məlumata görə, tuneldə qalan sərnişinlər elektrik kəsildikdən 15 dəqiqə sonra çıxarılıb. Stansiyanın qarşısında 100-lərlə adam toplaşıb.
***
AzadlıqRadiosunun əməkdaşları xəbər verirlər ki, Bakı metropoliteninin Nizami stansiyasına hazırda giriş yoxdur. Metropolitenin özünü təqdim etməyən əməkdaşı deyib ki, problem onlarlıq deyil, işıqlar bütün Bakıda sönüb, hazırda tuneldən sərnişinləri çıxarmaqla məşğuldurlar. Metronun qarşısına toplaşmış Bakı sakinləri isə narahat olduqlarını deyiblər.
Fövqəladə Hallar Nazirliyinin işçiləri hadisə yerinə gəlib. Təcili Yardım maşınları da ordadır.
Jurnalistləri içəri buraxmırlar.
***
Mingəçevir Su Elektrik Stansiyasının direktoru Bəhmən Nəcməddinov AzadlıqRadiosuna müsahibəsində elektrik enerjisinin verilməsilə bağlı problem olduğunu təsdiqləyib. Amma bunun səbəbi barədə danışmayıb. Nəcməddinov bildirib ki, enerji böhranını aradan qaldırmağa çalışırlar, narahatlığa əsas yoxdur.
***
Bu gün Bakının əksər rayonlarında və Abşeronda işıqlar sönüb. Məlumatı AzadlıqRadiosuna Yasamal, Səbayel rayonlarında yaşayan sakinlərdən bu xəbəri veriblər.
Bakıelektrikşəbəkədən informasiya almaq hələlik mümkün olmayıb.
Bakı metropolitenindən aldığımız məlumata görə, qatarların hərəkəti tədricən bərpa olunur.