Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 11:22

Milli Kitab onluğu açıqlandı


Fevralın 10-da Milli Kitab Mükafatı üzrə qısa siyahı – onluq açıqlanıb.
Onluğa bu yazarların əsərləri daxildir:

Şərif Ağayar: “Kərpickəsən kişinin dastanı” (povest)
Əlabbas Bağırov: “Qiyamçı” (roman)
Nəriman Əbdülrəhmanlı: “Yalqız” (roman)
Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)
Eyvaz Əlləzoğlu: “Odunçu geri qayıdır” (roman)
Elxan Qaraqan: “A” (roman)
Kamran Nəzirli: Hekayələr toplusu
Əjdər Ol: Portret hekayələr
Rafiq Tağı: Hekayələr toplusu
Fəxri Uğurlu: Hekayələr toplusu

Milli Kitab mükafatına namizədlər arasında adları keçən xalq yazıçısı Mövlud Süleymanlı, Seyran Səxavət, Həmid Herisçi ilk onluğa düşə bilməyib.

Mükafatın təsisçilərindən biri, «Əli-Nino» kitab-kafenin sahibi N.Köçərlinin sözlərinə görə, 10-luğa düşmüş bu əsərlər kitab formasında çap olunacaq və kitabxanalara pulsuz paylanacaq.

Amma müsabiqə bununla yekunlaşmır, tərkibi tanınmış yazar və ictimaiyyət nümayəndələrindən ibarət Münsiflər Heyəti bir neçə ay ərzində ən yaxşı əsəri müəyyənləşdirəcək. Nəticələrin may ayında elan olunacağı nəzərdə tutulur.

Milli Kitab müsabiqəsinə 265 əsər təqdim olunmuşdu. Onların 205-i Azərbaycan, 60-i rus dilindədir. Ekspertlər Şurası təqdim olunmuş bütün əsərləri oxuyub öncə long list, yəni 20 əsərdən ibarət uzun siyahı, sonra isə short list (qısa siyahı-10-luq) hazırlayıblar.
XS
SM
MD
LG