Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:59

Gədəbəyli özünü və ailəsini niyə yandırdı?..


Buranın prezidenti bizik...
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

Polisin təqibindən təngə gələn Ədalət Hüseynov özünə və ailəsinə od vurub, özü həlak olub övladlarından birinin vəziyyəti ağırdır.

“KAŞ Kİ, ÖLƏYDİM BALALARIMI BELƏ GÖRMƏYƏYDİM”

Gədəbəyin Zamanlı kənd sakini Ədalət Hüseynov ötən həftə evində özünü və ailəsini yandırıb. O özü ölsə də, həyat yoldaşı və iki oğlu Bakıda müalicə alır. Yaxınlarının dediyinə görə, Ədalət Hüseynovu bu addımı atmağa vadar edən polis zorakılığı olub.

Bakıdakı 5 saylı Klinik Xəstəxana. Yanıq şöbəsi. 3 saylı palata. Sarğılar içində ana-bala uzanıb. Həkimlər vəziyyətlərinin ağır olduğunu deyir. Amma onların vəziyyəti daha şükürlüdür, reanimasiya şöbəsində yatan Turalın vəziyyəti ilə müqayisədə. Həkimlər onun sağalacağına 15 faiz təminat verə ya verməyə.

Ana - Hakimə Hüseynova həkimlərin bu hökmündən xəbərsizdir. Amma vəziyyətin ağır olduğunu o da duyub. Öz ağrılarını unudan ana balasından söz düşəndə gözünün yaşını saxlaya bilmir:

“Ən böyük istəyim budur ki, uşaqlarımı burdan sağ-salamat çıxarım. Ayrı istəyim yoxdur. Burdan sürünə-sürünə çıxacam, təki uşaqlarımla çıxım. Məni oğlumun yanına qoymurlar. Ürəyim partlayır. Səbr edə bilmirəm. Dözmək olmur. Zülm dərddir. İstəyirəm özümü öldürüm. Deyirəm ki, kaş ki, mən orda öləydim, balalarımı belə görməyəydim”.

“GƏDƏBƏYİN PREZİDENTİ BİZİK”

Hakimə Hüseynova yerli mətbuatın son günlər haqqında yazdığı, Gədəbəyin Zamanlı kəndinin sakini Ədalət Hüseynovun yoldaşıdır.

O Ədalət Hüseynov ki, yaxınlarının dediyinə görə, polisin təqibindən təngə gəlib ailəsinə od vurub:

“Polisin əlindən bir stəkan su içməyə imkan yoxuydu. Gündə gəlib-gedirdilər. Yoldaşım deyir ki, məni döyəndə dedim ki, yazıb prezidentə verəcəm, məni niyə döyürsüz? Dedilər ki, prezident oranın prezidentidir, buranın prezidenti bizik”.

“POLİSLƏR DÖYMÜŞDÜ ONA GÖRƏ ELƏDİ”

Ədalət Hüseynovu həkimlər qurtara bilməyib. Hakimə və iki oğlu Turanla Tapdıq da ailə başçısının ölümündən xəbərsizdirlər:

- Bilirdizmi yoldaşınız nəsə planlaşdırıb?

Hakimə Hüseynova: Keçən həftə polisə tutub apardılar, səhər saat beşdə. Qapını qırdılar. Tuman-köynəkdə döydülər. İkisi qolundan, biri də boynundan basıb apardı. Orda da döymüşdülər. Pul istəyirdilər
- Yox, qəfildən oldu. Deyirdi həyatımdan bezmişəm, polislər mənə hədə-qorxu gəlirlər, məni döyürlər, mən neyləyim? Polislər döymüşdü, ona görə elədi. Keçən həftə polisə tutub apardılar, səhər saat beşdə. Qapını qırdılar. Tuman-köynəkdə döydülər. İkisi qolundan, biri də boynundan basıb apardı. Orda da döymüşdülər. Pul istəyirdilər, cəriməni ödə deyirdilər. İmkanımız yox idi.

YOXLAMA GƏLDİYİNİ EŞİDƏNDƏ YOLDAŞIMIN BOYNUNA YIXDI”

Ədalət Hüseynov qanunsuz ağac kəsdiyinə görə cərimələnibmiş. Gədəbəy Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vasif Nəbiyev belə deyir.

Hakimə Hüseynova deyir ki, meşəni qıran, odun daşıtdıran onlar yox, elə Vasif Nəbiyev özü olub. Onlar sadəcə, kəndə qaz verilmədiyindən evi qızdırmaqdan ötrü meşədən çırpı gətirirlərmiş:

- Odun deyəndə, meşədən quru çırpı gətirirdik. Dalımızda, ulaqda. Yüzbaşı, meşə işçiləri polislə əlbiriydi. Gecə səhərə kimi maşınla odun daşıyırdılar. Eşidəndə ki, meşəyə yoxlama gəlir, qırılan ağacı bunun boynuna yıxdı. Mənim yoldaşımın. O da bax belə canından bezdi...

Cərimənin məbləği 790 manat olsa da, xanımı 1000 manat deyir. Ailə cəriməni ödəmək üçün var-yox bircə inəklərini və ot tayasını satır. Cərimənin yarısını birtəhər ödəyirlər. Amma dediyinə görə, ödənişlə bağlı onlara rəsmi sənəd verilməyib.

Vasif Nəbiyevsə yerli mətbuata deyir ki, Ədalət Hüseynov cəriməni ödəmədiyinə görə, kəsdiyi bir maşın ağacı müsadirə eləyib, sənədlərini polisə təqdim ediblər:

“Meşə dövlət əmlakıdır, Ədalət Hüseynov dövlət əmlakını mənimsəyir, aparıb satırdı. Hətta satmaq deyil, yandırmaq üçün gətirəndə belə, sənədi olmalıdır, pulu ödəyib gətirə bilər”.

“İNDİ HANSI ZƏMANƏDİR, POLİS ADAM DÖYƏ?”

Bu sualı bizə Gədəbəy rayon Polis İdarəsinin rəisi Şirzad Əsgərov verir:

“Meşə idarəsi onu meşəni qırdığına görə cərimələyib. Dəvət ediblər idarəyə, cəriməni ödəsin. Ödəməyib, polisə göndəriblər. Polisdə də araşdırma gedib. Polis də dəvət edib ki, dəyən ziyanı ödəyin. Ödəməyib. İş də məhkəməyə verilib. Polis onu niyə incitməlidir ki?..”.

“YANĞIN EHTİYATSIZLIQDAN OLUB”

Şirzad Əsgərov yanğınla bağlı iki versiya irəli sürür. Onun dediyinə görə, Ədalət Hüseynov polisin əlindən yox, həyat yoldaşı ilə yola getmədiyindən özünə və evinə od vurub. Amma dha sonra rəis yanğının ehtiyatsızlıqdan baş verdiyini də söyləyir.

Şirzad Əsgərov deyir ki, rayon prokurorluğunun müstəntiqinə mərhumun yoldaşı ifaədəsində də belə deyib. Amma maraqlıdır kit, prokuror köməkçisi Salman Quliyev AzadlıqRadiosuna deyir ki, hələlik mərhumun yoldaşından ifadə alınmayıb. İlkin ehtimala gəlincə:

“Rəhmətlik bir az çılğın adam olub. Yeyib-içənmiş, ailəni incidənmiş. Qonşuları dindirmişik, heç kim heç nə demir. Oğlu deyir ki, atam evə gəldi, peç sönmüşdü, odunu doldurdu, yandırmaq üçün benzini tökdü. Kibriti çəkəndə “kanistr” od aldı. Onu da evin ortasına atdı. Alov da evi bürüdü. Oğlu belə deyir. Amma buna da inanmırıq. Hələ araşdırma aparırıq”.

ƏMİSİ İNANMIR

Ədalət Hüseynovun əmisi, Şınıx xəstəxanasının baş həkimi Tofiq Hüseynovsa deyir ki, o baş verənlərdən, qardaşı oğlunun polisə çağrılmasından xəbərsizdir. Amma dərhal da əlavə edir ki, polisin ona işgəncə verməsinə inanmır.

BUNA QƏDƏR DƏ POLİSDƏN BEZİB ÖZÜNÜ ÖLDÜRƏNLƏR OLUBMUŞ

Xəbəri eşidən gədəbəylilərin çoxu Bakıda xəstəxanaya Hüseynovlara baş çəkməyə gəlir. Gədəbəydən keçmiş deputat Nazim Məmmədov kimi. O baş verənlərə münasibət bildirməzdən qabaq deyir ki, rayonda indiyədək polis əlindən bezib özünü öldürənlərə buna qədər də rastlanıb:

“Çox təəssüfedici haldır. Gümna edirəm ki, hörmətli nazir Ramil Usubov polisin nə qədər günahkar olduğunu araşdıracaq”.

TURAL YALAN DANIŞA BİLƏRMİ?

Tapdıq: Bir az ağrılarım var, həkim deyir yaxşı olacaqsan
Anasının yanında uzanan Tapdıq heç nə danışmır. Yaxınlarının təkidinə rəğmən. Qohumu deyir ki, o da etirazını belə çatdırır. Reanimasiya şöbəsində uzanan Tural da özünü mətanətlə aparır:

“Bir az ağrılarım var, həkim deyir yaxşı olacaqsan”.

Həkim Almaz Seyidov pasiyentinin dözümlü olduğunu deyir.

Olumla-ölüm arasında mübarizə aparan, həkimlərin sağalmasına demək olar ki, təminat vermədiyi 15 yaşlı Tural isə yəqin ki, polisin versiyalarından xəbərsizdir. O hadisəni belə nəql edir:

“Meşəbəyi boynumuza şər atdı. Otumuzu, inəyimizi satdıq. Hər şeyimizi. Atam da bezdi. Yandırdı. Przeidentdən xahiş edirəm ki, bizim ailəni qurtarsınlar”.

ZAMANLIDA GÖZLƏYƏN QIZCIĞAZ

Həkimlər deyir ki, hər biri müalicə alan bu ailənin üzvlərinə qan lazımdır. Bir zərrə qanınız varsa, onu əsirgəməyin.

Zamanlıda bu ailənin yolunu balaca qızcığaz gözləyir. Hüseynovlarnı sonbeşiyi. Həmin səhər xoşbəxtlikdən qonşuda olan balaca qız...
XS
SM
MD
LG