Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:52

Rüqəyyə Kəbiri. Sən Təbriz boyunda bir şəhər


-

Sən
Təbriz boyunda bir şəhər
Səndə yeriyim; yatım; oturum; qalxim
Sənin torpağını
Fransa ətiri kimi
Saçlarıma yayım...

Göy məscid
Sənin boğazından günorta əzanı səsləsin...

Qoşuqlarının dizəsi kimi
Amir bazarında
Altın çərçüvə toxu
Bazarın bir parça sınıq kərpicinə
Sədən bir töhfə mənə
Qoy boyunbağım olsun!
Qarına;
Kuləyinə;
Yağışına;
Dumanlı günlərinə belə dözərəm
Sən Təbrizim ol
Gəl səndə yaşayım....
XS
SM
MD
LG