Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:26

Əkrəm Əylisli "Ətirşah masan" (davamı-2)


-

əvvəli


II. AĞ DAYÇA

Masanın bu evə gəlin gəlməyindən azı 75 il keçirdi. Ancaq sən insandakı yaddaşın gücünə, qüdrətina bax ki, indi - bu boyda, bu boyda, bu miqdarda vaxt keçəndən sonra da - bu evə qadəm qoyduğu - o gecənin bəlkə də hər saniyəsi ən adi, ən xırdaca detalına – təfərrüatıncan, Ətirşah Masanın hələ də yadındaydı.

Yay idi, yayın əvvəlləriydi, ilin bərk istiləri hələ düşməməşdi. Onlar (Masanla Tavab) qızın atası evindən bu səmtə yola döşəndə hələ ay da çıxmamışdı və pıtraq ulduzlann gümüşü parıltısında yalnız ən uca dağlann təpəsi müxtəsərcə işıqh görünürdü. Hop-hop Həsənin evindən ta buracan - qaranlıq, uzun yolu Masanın əlindən bərk-bərk yapışan Tavab gəlib öz həyatinə yetişəndə qızın əlini axır ki, buraxdı. Həyətdən, eşiktərəfdən baxanda eynilə Masanın ata evinə bənzəyən - biri böyük, o biri xırda - iki otaqdan və uzunsov dar dəhlizdən ibarət palçıq tikilinin qapısı qabağında durmuş Yədullanın xırdaca gözləri, uzaqdan-uzağa, pişik gözü kimi, işım-işım işarırdı və içəridən, pəncərənin qabağından çırağın zəif işığı gəlirdi.

Hələ Tavabla Masan o qapının ağzına çatmamış Yədulla cəld hərəkətlə cumub içəri dürtüldü. Sonra Tavabla Masan da o qaranlıq dəhlizə girdilər. Qapıları üz-üzə baxan iki otaqdan birinin - böyük otağın - torpaq döşəməsinin tən ortasında, həsir üstdə yorğan-döşək salınmışdı. Yədulla o yorğan-döşəyin yanında çiynini divara dirəyib oturmuşdu. Tavab yeddilik neft çırağının işığını püfləyib söndürdü: "Neft heyifdi, - dedi - indicə Ay çıxacaq". Və qapını bərk-bərk örtüb, o biri otaqda yatmağa getdi.

Tavab gedən kimi Yədulla, şalvarlı-köynəkli, döşəyin üstünə sərildi. "Di gəl, dayıqızı, - dedi, gəl yanıma". Və Masanın əlindən yapışıb, qızı ehmalca döşəyin üstünə yıxdı. Masan Yədullaya heç bir müqavimət göstərmədi, hətta qıçlarını özü aralayıb, çılpaq canını, necə var, Yədullanın ixtiyarına buraxdı. Və Yədullanın onun qıçlarının arasında neynədiyini bir müddət Masan heç anlaya da bilmədi. Sonra Yədulla dikəlib oturdu. Masan, gözüyumulu, eləcə - xeyli vaxt arxası üstə uzalı qaldı. Sonra gözlərini açıb gördü ki, Ay çıxıb. Gördü ki, həyətdə ağappaq ay işığı var və xırdaca uşaq kimi birdən yerindən sıçrayıb:

- Mən həyətə gedirəm! - dedi.
- Nədi, çişin var? - Yədulla pərt səslə utana-utana soruşdu.
Bayaq, özxoşuna, qıçlarını aralamağının hədsiz xəcalətini indi çəkən və üstəlik, ayıb saydığı bu hərəkətin nəticəsiz qalmağından da instinktiv sarsıntı keçirən Masan hirsli-hirsli:
-Hə, işəməyim var! - dedi. Qəsdən beləcə - açıq-saçıq dedi və qışqırıb, elə ucadan dedi ki, sanki bunu o biri otaqda yatan Tavaba da mütləq eşitdirmək istəyirdi.

Hələ lap uşaqlıq çağlarından kəndin ən qəşəng qızlarını xəyalına gətirib, aktiv onanizmlə məşğul olan və bu son 10-15 ildə qızdan-qadından almaq istədiyi ləzzətin əvəzini dişi atlardan, ulaqlardan çıxmağa vərdiş eləyən Yədulla indi - gözləmədiyi bir halda düşdüyü vəziyyətin pərt ovqatı içində çaşıb qalmışdı. Masanın o cür ucadan qışqırmağı Yədullanı bir az da çaşdırdı. Yədulla dili dolaşa-dolaşa:

- Ayaqyolu o başdadı, - dedi, - cır armudun yanındadı. Ancaq bu tərəfdə - sumaqlıqda da eləyə bilərsən... İstəyirsən, mən də gəlim...

-Yox, sən gəlmə... Gəlmə, gəlmə!.. - Bu dəfə Masan, beş yaşlı uşaq kimi ayaqlarını yerə döyə-döyə, bir az da bərkdən qışqırıb, qaçaraq özünü həyətə saldı.

Dağların, qayaların o qədər uca, o dərəcədə qorxulu - vahiməli olduğunu Masan o çağacan heç vaxt görməmişdi. Çöl-bayır, ağac-budaq – Ayın gur işığında - nəfəsini içəri çəkib, sanki nəsə dəhşətli bir əhvalatın indicə baş verəcəyini gözləyirdi.

Su başına çıxmağa ehtiyacı olduğunu az əvvəl doğrudan da zənn eləyən Masan sumaqlıqda bir azca oturub, qupquruca ayağa qalxdı.

Tavabın vahiməli xorultusu evdən aralıda da eşidilirdi. Uzaqda - Masanın dədə-baba məhəlləsində - qonşu həyətdəki tanış it, həmişəki tanış səsi ilə yenə tənbəl-tənbəl hürürdü. Və Masan bilirdi ki, o məhəlləyə bir də qayıtmayacaq, o qonşu həyəti və o həyətdə hər gecə həvəssiz-həvəssiz hürən o tənbəl itin üzünü bir də heç vaxt görməyəcək. Ancaq o uzaq, aylı gecə, o qərib həyətdə Masan təzəcə qədəm qoyduğu ər evində də çox qala bilməyəcəyinə ürəkdən əmin idi. Masana qalsa, o gecəni lap səhərəcən o həyətdə, o Ayın işığında oturardı - bir də heç vaxt o evə, Yədullanın yanına qayıtmazdı. Ancaq Masanın o həyətdə heç yarım saat oturmağa da cəsarəti çatmadı. Qorxdu ki, Tavab işi bilib həyətə çıxar və onu döyə-döyə aparıb təzədən Yədullanın yanına salar. Amma Masan otağa qayıdanda, Yədulla ayaqlarını uzadıb, kəmali-səliqə ilə yatırdı və onun sinəsindəki "tütəkdən", xalis Man fısıltısına bənzəyən, qorxunc və qəribə səs çıxırdı.

O səsi eşidəndə Masan az qaldı ki, gedib Tavabı yuxudan oyatsın. Ancaq o səs bir azdan kəsildi. M'asan dizlərini qucaqlayıb, döşəyin bir qırağında bir müddət dinməz-söyləməz oturdu və eləcə, oturduğu yerdə, nə vaxt yatıb - yuxu-lamağından da xəbəri olmadı. Və səhərin alatoranında Masan yuxulu gözlərini zorla açıb, Tavabın əl-qolunu ölçə-ölçə dediyi sözləri eşitdi:
- Durun, tez olun, səhərdi!... Eşikdə su qoymuşam, gedin hər yerinizi yaxşı-yaxşı yuyun.

Yədulla anasının səsini eşidən kimi, yerindən sıçrayıb, həyətə cumdu. Onun dalınca Masan da durub, kirimişcə otaqdan çıxdı. Və bundan bir azca keçəndən sonra, Tavab evdə, döşəyin üstünə açdığı (rəngi ağdan çox sarıya çalan) köh-nə mələfəni əlində yellədə-yellədə özünü eşiyə saldı:
- Bu nədi, əfəl köpəyoğlu! Bəs sən o yorğan-döşəkdə səhərəcən neynəmisən?.. Kül sənin kişi başına, o ağ dayça səndə hal qoyub ki, qaymaq kimi qıznan kef çəkəsən...

"Ağ dayça" məsələsini Masan əlbəəl başa düşdü, çünki bir çox kişilərin dişi atlarla, ulaqlarla, hətta keçilərlə də cinsi əlaqədə olmağı o zaman bizim kənddə, böyükdən-kiçiyə, hamıya malum idi. Düzdür, keçi ilə cinsi əlaqə hələ əyyami-qədimdən bu mahalda haram sayılırdı, ancaq atla ulağın haram olmağı barədə, hələ ki, heç kəs heç nə demirdi. Və madam ki, demirdilər, bundan belə bir nə¬ticə çıxarmaq olardı ki, kəndin seksual tələbatının tarazlaşdırılmasında bu işin özünəməxsus rolu və əhəmiyyəti vardı. Başqa sözlə: kənddəki qadın potensialı kəndin kişi qisminin seksual tələbatının tam ödənilməsinə bəs eləmirdi.

Bu yerdə, Ətirşah Masanın ömürlük yadında qalacaq bir hadisə də baş verdi: Masanı bir qəribə gülmək tutdu. Söz yox, nəyə güldüyünü heç özü də bilmirdi. Bəlkə Tavabın (rəngi ağdan çox qaraya çalan) o "dünyagörmüş" mələfəni əlində bayraq kimi yellətməyi gülməliydi. Bəlkə Yədullanın, yekə kişi ola-ola, anasının qabağında qorxaq uşaq kimi büzüşüb durmağına gülməmək mümkün deyildi... Hər halda, dünyanın - ölümdən də betər - o təhqiramiz çıxılmazlığında da Masan özündə gülməyə güc tapa bildi. Və üstəlik, öz dəli gülüşü ilə, oğlunun "əfəlliyindən" hədsiz dərəcədə qeyzlənmiş Tavabı da güldürə bildi. Və elə o gülməklə də Tavabın hirsi soyudu. Tavab arvad əlindəki mələfəni bir tərəfə tullayıb:

-Yaxşı, gedin çimin, - dedi. - Zəhmət çəkib su isitmişəm. Çimərsiz, sonra o işi də görərsiz mən gələnəcən. Mən kəfşənə sünbül başağına gedirəm. Qarannıq düşəndə gələcəyəm.

Ancaq o "ağ dayçanın" söhbəti , deyəsən, öz işini görmüşdü. Tavab , darvaza qapısından çıxar-çıxmaz, Yədulla Masana arxadan təpinib, elə həyətdəcə Tavabın dediyi "o işə" girişdi. Və bir azdan Masana elə gəldi ki, bir mülayim (adı bəlli) maye ilə birgə Yədullanın sinəsindəki, ilan fısıltısına bənzəyən, o eybəcər səs də həmişəlik içinə doldu.

Tavab suladığı iki arpa lavaşını və bişirdiyi 4 dənə yumurtanı dəhlizdəki tax-
çaya qoymuşdu. Yədulla, öz işini görəndən sonra, heç əl-üzünü də yumamış, iki
yumurtanı soyub, bir lavaşın içinə qoydu, yumurtaya duz səpib, lavaşı dürmək-
lədi, Masana heç bir söz demədən darvaza qapısına tərəf getdi və qapıdan eşi-
yə çıxandan sonra hasarın o tayından qışqırıb:

-Hacı Qurbanəlinin xırmanına gedirəm, - dedi. - Axşama yarma aş» bişirərsən.

Yədulla gedəndən sonra Masan, gözləri darvaza qapısında, bir müddət key kimi quruyub qaldı, sonra, gözlərini darvazadan çəkib gördü ki, yerdə, ayağının altında üç-dörd damcı qapqara qan var və həyətdən torpaq gətirib, qanın üstü-nü örtdü. Və elə bu vaxt birdən Masanın ağlına gəldi ki, bu dünyanın işini bilmək olmaz: birdən Tavab onun bu evə qız gəlməyindən şübhələnər. Buna görə əvvəlcə Masan Tavabın bayaq əlində yellətdiyi nimdaş mələfəni aparıb döşəyin üstünə sərdi, sonra həsirin altından bir yoğun saman çöpü götürdü və o çöplə bumunu əlləşdirə-əlləşdirə oradan güc-bəla qan çıxara bildi. Burnunun qanı ilə Masan mələfənin lazım olan yerini müxtəsərcə qana boyadı, sonra burnunu ¬tutub həyətə qaçdı və o həyətdə, ta günortayacan, Masanın burnunun qanı kəsilmək bilmədi.

Sonra Masan Tavabın səhər qızdırdığı mülayim su ilə öz canını ciddi-cəhd ilə Yədulladan yuyub təmizlədi. Dəhlizdəki çoxlu sayda taxçaların birindən bir torta quru yarma tapıb, axşama xörək bişirdi. Axşam Tavab, hələ işıq ikən, dalına şələlədiyi dolu sünbül kisəsi ilə tövşüyə-tövşüyə qayıdıb gəldi və elə gələn kimi də o sünbülü döyüb, şədərədən, xəlbirdən keçirib, aparıb dəhlizdəki dən çuvalının içinə boşaltdı.

Q gecə Tavab, xırda otaqda, Masana da öz yanında yer saldı, çünki bu kəndin dəyişməz- canunlarından biri də buydu ki, bəylə gəlinin yatağa girməyinin birinci gecasinoan sonra heç olmasa bir gecə onlar ayrı-ayrı yatmalıydılar.

III. QUDUZ QƏZƏNFƏR

Masanın bu evə gəlin gəlməyindən cəmi ikicə ay sonra (sentyabr ayının ortalarında) elə o Hacı Qurbanəlinin kəfşənindəcə, baraması hələ yazda dərilmiş quaı kol-kosun içindən bir qapqara ox ilanı çıxıb, Tavabı baş barmağından ne-cə çaldısa, yazaq arvadın ölüsü elə oradaca - o kol-kosun yanında qaldı.

Tavabı elə o Hacı Qurbanəlinin həyətində də yuyub kəfənlədilər. Ona cəmi üçcə gün məciis saxlayıb, yaşı xətm elədilər və bundan sonra Masan Yırtıq Yə-dulia ilə bir damın altında tək qaldı.
Ancaq o vaxt Masanın heç vecinə də deyildi ki, bu dünyada Yədulla adlı bir adam var, ya yoxdur. Onda Masan öz ətirşahları ilə əlləşməyə artıq o dərəcədə öyrəşmişdi kir dünyanın bundan savayı bütün işiəri Masana mənasız və maraq-sız görünürdü. Bircə bunu demək kifayətdir ki, Tavabın öldüyü o ərəfədə, cəmi qırx-qırx beş gönün içində, Masan o altı kol ətirşahın sayını artıq iyirmi beşə çat-dırmışdı.

Bu, əlbəttə, yaradıcılıq idi: qanşqanın yuva qurmağı, arının şan toxumağı ki¬mi, sözün ən bakirə mənasında yaradıcılıq idi və kim bilir, bəlkə Mikelanjelonun "Məhşər günü" və Bethovenin "Appasionata"sı da - bir vaxt Masanın varlığına hakim kəsilən o ruhi vəziyyətin - çıxılmazlıq ovqatının oxşar əzablarından doğulmuşdu və bunu kim deyə bilər ki, bir nigaran ananın - bir ağappaq kəpənəyin səsiylə - bir gün dil açıb danışmağı, məsələn, "Karamazov qardaşlarının müəllifi üçün ilkin ilham mənbəyi ola bilməzdi...

Tavabın vəfatından sonra Masan 34 yaşınacan Yədulla ilə bir yerdə yaşadı və söz yox ki, hərdən onun üçün könüllü-könülsüz, "Ağ dayça" da oldu. Ancaq Masan, min bir fənd işlədib, Yədullaya uşaq doğmadı. Çünki eyni vaxtda həm o ətirşahları becərmək. həm də sevmədiyi xəstə bir kişinin belindən gəiən uşağı böyüdüb-bəstəmək, Masanın instinktiv etiqadına görə, heç cür Allahın istəyincə ola bilməzdi.

Müharibənin başlanmağına düz bir həftə qalanda (o vaxt Yədulla kolxozun ilxısını otarırdı) günün batmağına xeyli qalmış kəndin cavanlarından biri Yədullanı dalına alıb, gətirib həyətin ortasında otun üstünə uzatdı və elə oradaca - o otun üstündə Yədulla, ciyərinin qanını qusa-qusa, canını Cənabi Cəbrayıla təhvil verdi. Və bundan təxminən bir ay sonra (Yədullanın hələ heç qırxı da çıxmamış) kolxoz massivinin gecə qarovulçusu Quduz Qəzənfər, gecənin bir aləmində, Ətirşah Masanın qapısını döydü.

Qəzənfər Masanın yaşıdı idi. Uşaqlıqdan bir küçədə böyüyüb, bir yerdə oynamışdılar. Və elə o vaxtdan da Qəzənfərin yeri Masanın ürəyində qalmışdı. Və o gecə qorxa-qorxa darvazaya yaxınlaşıb, qapının arxasından Qəzənfərin səsi-ni eşidəndə Masan qətiyyən təəccüblənmədi. Çünki Qəzənfərin o qapnı döyəcəyi günü ürəyinin bir yerində Masan həmişə gözləmişdi.

Elə uşaqlıqda da Qəzənfər, dalaşqanlığı, əzazilliyi ilə yaşıdlarının, tay-tuşlarının hamısından seçilirdi. Buna görə də o vaxt ona "Dəli Qəzənfər" deyirdilər. İndiki "Quduz" ləqəbini isə Qəzənfər kolxozun qarovulçusu olduğu son bir-iki ildə - gündüzlər evində yatıb, gecələr kolxoz təsərrüfatını talamağa girişən - çölün otunu, yoncasını, odununu, mer-meyvəsini xımır-xımır öz evinə daşıyan adamlardan dörd-beşini oğurluq üstə tutub, bəs deyincə döydüyünə görə qazanmışdı. Kənddə Qəzənfərə "Qurd Qəzənfər", "Qızmış Qəzənfər" deyənlər də vardı. Və o gecə Masanın evinə də Qəzənfər guya kolxoz malının təəssübkeşi kimi gəlmişdi.

İçəri girən kimi başladı ki: bəs sənin həyətində üç cüt bir tək ərik ağacı var, de görüm o qədər əriyi hardan yığıb damında qurudursan?.. Çoxdan həsrətini çəkdiyi - qüvvətli, canlı-cüssəli bir kişi ilə kişisiz, kimsəsiz bir yerdə, gecənin o vədəsində, üz-üzə, nəfəs-nəfəsə dayanmağın sehrli həzzi içində Masan bir müddət susub durdu. Sonra Masandan bir dəli gülmək qopdu və sən demə, Qəzənfərə də elə bu lazım idi: "Sənin o ağ canıva qurban olum, Masan, - dedi, -axı mən səndən yana ölürəm...". Masanı uşaq kimi qucağına alıb, aparıb arxın kənarında çimin üstünə uzatdı. Və o isti yay gecəsi o sərin çimin üstündə Ma¬san - anadan qız doğulanların taleyinə Allahın öz əmrilə yazılan - ən şirin qadınlıq qismətinin dadını-ləzzətini, ömründə ilk dəfə hiss elədi. Və bundan can dolusu məmnunluq, qürur duydu.

O gecədən başlayaraq, ta 1942-ci ilin bir çiskinli-yağışlı yaz səhərinəcən Qəzənfər gündüzü öz evində yatıb, gecənin heç olmasa bir neçə saatını həmişə Masanla keçirdi. Bundan kənd camaatı, söz yox ki, xəbərsiz deyildi. Ancaq Masanla Qəzənfərin bu atəşin eşq dastanını kənddə bir o qədərdə dilə-dişə sal-madılar: kimisi Qəzənfərin qəzəbindən qorxdu, kimisi də, zalım ögey ana fitvası ilə, uşaq ikən aldadılıb, yaşlı, xəstə bir kişiyə zorla ərə verilmiş Masanı haqlı sayıb, onun bu əməlinə ad qoymağı Allahın öz öhdəsinə buraxmağı lazım bildi. Hətta Masanın Qəzənfərdən uşaq doğacağını biləndə də kənd heç bir əlahiddə narahatlıq keçirmədi. Bu işin nisgilli tərəfi bircə bu oldu ki, Qəzənfər öz oğul balasının üzünü heç vaxt görmədi. 1942-ci ilin o çiskinli-yağışlı yaz səhəri Qəzənfər darvaza qapısının ağzından Masanı çağırdı və heç içəriyə də girmədən, elə oradanca: "Getdim, - dedi,

- Masan, mən də getdim... Oğlan olsa, adın Asian qoyarsan, qız olsa, özün bi-lərsən. Xanımnazdan savayı (Xanımnaz Qəzənfərin qanuni arvadıydı) nə ad istəyirsən qoy"...
Doğmağına bir-iki ay qalan - ağırayaq Masan özünü darvazaya yetirəndə Qəzənfər oradan xeyli uzaqlaşmışdı: addımlarını, əsgərsayağı, ağır-ağır ata-ata, çiynində "veş-meşoğu", küçəaşağı gedirdi. Və yazın narın, soyuq yağışın-da o darvaza qapısında soyuqdan əsə-əsə Masan Qəzənfərin uca qədd-qamətinə və ağır, kişiyana yerişinə çox tamaşa elədi: sanki ürəyinə dammışdı ki, bu gedən bir də heç vaxt qayıtmayacaq.

IV. ASLAN

O ilin ilkin yayında Masan, çəkisi 5 kiloya yaxın, bir möcüzə oğlan üşağı doğdu və uşağı, sözün hərfi mənasında, gül içində böyütdü.

O illərdə Masan öz ətirşahlarının sayını artıq 70-ə çatdırmışdı. Onları uzunsov həyət boyunca yan-yana düzmüşdü. Hələ kəndin köhnə dülgəri Məşədi Məhəmmədi evinə çağırtdırıb, öz ətirşah cənnətinin içində, yatmağa, dincəlməyə bir qəşəng taxta çarpayı da düzəltdirmişdi. Və o çarpayının üstündə illər uzunu Masan öz körpə Aslanına layla demişdi, nağıl demişdi.

O illərdə Masanın həyatında bir möcüzə də baş verdi: kənd sovetinin katibi
- başının küt ağrısından həmişə şikayət eləyən - SALDAT SƏKİNƏ, "xatqın dərd-sərini bilmək üçün" yenə kəndi evbəev gəzib-dolananda bir gün öz ağrıyan başını Ətirşah Masanın da həyətinə soxdu.

Saldat Səkinə Masanla hal-əhval tutdu, Aslanı qucağına alıb, oynadıb-əzizlədi və o taxta çarpayının üstündə 5-10 dəqiqə oturub dincini alandan sonra gedib bütün kəndə car çəkməyə başladı ki, bəs Masanın ətirşahları xalis başağrısı dərmanıdır və kimin başı ağrıyır, getsin orda onca dəqiqə o ətirşahların ha-vasın alsın. çünki Səkinənin dediyinə görə, onun başının ağrısı o gündən, o saatdan etibarən birdəfəlik kəsmişdi.

Elə o vaxtdan - Aslanın körpəliyindən - Ətirşah Masanın həyətinə hər yerdən axın başlandı. Baş ağrısından, ürək çatışmazlığından, can təzyiqindən, yuxusuzluqdan, şəkərli diabetdən şikayəti olan qız-gəlin, arvad-uşaq lap uzaq dağ

kəndlərindən də dəstə-dəstə axışıb gəlirdi, o ətirşahların arasında, o taxta çarpayıda növbə ilə bir saat, yarım saat uzanıb yatırdılar və möcüzə burasındaydı ki, o xəstələrin böyük əksəriyyəti dünyanın təbabət təcrübəsində heç vaxt görün-məmiş bu, mollasız-həkimsiz, iynəsiz-dərmansız müalicədən həqiqətən şəfa tapırdı.

Başqa kəndlərdən, uzaq yol gələnlər çörəyi, qəndi, çayı, hətta samovar odununu da çox vaxt özlərilə gətirirdilər. Masan da, öz növbəsində, qapısına pənah gətirənlərə əlindən gələni əsirgəmirdi: samovarı özü saJırdı, stəkan-nəlbəkini, qab-qaşığı özü yuyurdu, hələ həyətindəki ağacların meyvasindən nübar eləmək istəyənlərin də heç vaxt könlünə dəymirdi və bütün əziyyətlərinin müqabilində o, heç vaxt heç kəsdən pul almırdı. Əgər Aslan olmasaydı. bəlkə Masan o adam-ların gətirdiyi payı da götürməzdi: 5-6 yumurta, bir banka qatıq, bir şüşə doşab, bir-iki qac pendir, bir-iki təndir, ya sac lavaşı.. Bu şeylərdən Masan imtina et-mirdi və bu hesaba Aslan o ağır müharibə illərində, başqa uşaqlara baxmış, demək olar ki, yağ-bal içində böyüyürdü.

Ancaq Aslan Masan üçün bala olmadı, bəla oldu. Hələ 5-6 yaşa çatanda tərslikdə, davakarlıqda atası Qəzənfəri də vurub keçdi. Küçədə tay-tuşlarına, məktəbdə müəllimlərinə qan uddurdu. Xüsusilə də o 'Tarzan" kinosu çıxandan sonra Aslan "au,au!" - deyə-deyə, kolxoz bağlarındakı ən uca ağacları, budaq-budaq, özünə yol-yolaq eləyəndə düz üç il sərasər Masanın nə gecəsi, nə gün-düzü oldu.

Aslanın əsgərlik vaxtı çatanda Masan sevindi: fikirləşdi ki, bəlkə orda oğlunun burnu ovular, ağlı başına gələr. Ancaq orda Aslan əsgərlik eləmədi, əsgər getməyinin hələ birinci ayında öz komandirinə əl qaldırıb, türməyə düşdü - 2 il əsgərlik eləmək əvəzinə 4 il türmədə yatıb, qayıdıb gəldi.

Kənddə Aslan, adını sovxoza yazdırıb, bir neçə il də orda-burda avaralandı. Sonra gedib qonşu kənddə dağ mədənində işə girdi. O mədəndə kassir işləyən Solmazı da Aslan elə o vaxt alıb, o kənddə, bir müddət, ailəli yaşadı. Sonra xəbər çıxdı ki, Aslan mədənin baş mühəndisinin Solmazla əlaqədə olmağından şübhələnib, günlərin bir günü o mühəndisə yeddi bıçaq yarası vurub... Elə o gündən də Aslan türməyə düşmüşdü. Sonra, deyilənə görə, elə o türmədə ola-ola, 5-6 il bundan qabaq, Aslan daha bir ağır cinayət törətmişdi. Və Aslanın bir vaxt türmədən çıxacağına daha heç bir ümid yeri qalmamışdı.

Aslan arvadı Solmazı cəmi bircə dəfə bizim kəndə gətirmişdi... Və onlar düz bir ay Masanın evində deyə-gülə rahat yaşamışdılar. Sonra - Aslanın türməyə düşməyindən bəlkə heç bir ay da keçməmiş - Solmaz ikinci dəfə bizim kəndə gəldi.

Tək gəlmişdi. Özü də dağları, təpələri aşıb, pay-piyada gəlmişdi. Solmaz küçə qapısından içəri girib, heç bir salam-kəlamsız:
- Oğlundan qız doğmuşam, - dedi. - Adın nə qoyum?
Masan dinmədi, çünki bu boyda həyasızlığı Solmazdan gözləmirdi: adamın yeganə övladının türməyə düşməyinə bais olasan, özün də gəlib deyəsən ki, oğlundan uşaq doğmuşam.
- Anan qalır? - Masan handan-hana xəbər aldı. Solmaz Masanın sualından bir şey başa düşmədi.
-Yox, - dedi, - hardan qalır ki... Anam on ildi rəhmətə gedib.
- O da sənin tayın idi?
- Nə mənada?
-Elə o mənada... - Masan bic-bic güldü.
- Yaxşı, qoy görək. Məndə taxsır olmayıb. Taxsır öz oğlunda olub.
- Oğlum sənə demişdi ki, get onun-bunun altına gir?

- Mən heç kəsin altına-zadına girməmişəm. - Solmaz əl-qolunu ölçə-ölçə de¬di. - Bura da ona görə gəlməmişəm ki, sənnən ağız-ağıza verəm. Ağbirçək adamsan, uşağın nənəsisən. Dedim bəlkə arzun-zadın olar... De görüm, anamı niyə soruşursan?
- Anan gorbagorun adı vandı?
- Məni niyə ələ salırsan? Bəyəm adsız da adam olur?
- Niyə olmur? Arvad verəyən olandan sonra adı da üstündə olur. Ona ayrı ad nə lazımdı ki? - Masanın səsi titrəyirdi, ancaq var gücü ilə özünü ələ almağa çalışırdı.
- Onda mən getdim, sağ ol! - Solmaz qapıdanca donüb getdi.
- Get, anan adı batmışın adın qoy qoduğuva. - Masan Solmazın dalınca qışqırıb dedi. - Ana gəzən ağacları bala budaq-budaq gəzər.

Anası Sürəyyanın adını qızına qoymaq Solmazın yatsa , yuxusuna da girməzdi. Ancaq o gün, axşamtərəfi, gəldiyi dağlı-təpəli yolları tək-tənha geri qayıdanda, ağlına nə gəldisə, elə o yoldaca Solmaz qızının adını Sürəyya qoymağı qərarlaşdırdı.
Bundan sonra Solmazın biz tərəflərə beş il ayağı dəymədi. Və günlərin bir günü beş yaşlı bir qız uşağı, darvaza qapısından qaça-qaça həyətə girib, "na¬na! nənə!" - deyə-deyə Masanın üstünə yüyürəndə Masan o saatca bildi ki, burada nəsə əngəlli bir iş var.

Solmaz darvazanın ağzında dayanmışdı:

- Al, saxla oğlunun matahını. - dedi. - Mən gedirəm şəhərdə iş tapım özümə. Ancaq nəvənnən yaxşı göz-qulaq ol. Qız deyil, bəladı köpəyin qızı. Bir dəyqə gözdən qoymaq olmur: elədiyin barmaqlayıb qaşına-gözünə yaxır. - Və Sol¬maz bu dəfə də elə o darvazanın ağzındanca dönüb getdi və o getməklə də ilim-ilim itdi.

V. 12 YAŞIN SEKSUALLIĞI

Solmaz düz deyirmiş: "elədiyini qaşına-gözünə yaxmaq" peşəsinin üstündə Sürəyyanı bir gün Masan da tutdu: qız barmağını öz nəcisinə batırıb, ciddi-cəhd ilə qaşlarına yaxırdı və bu murdar əməlinə görə sevincdən gözləri gülürdü.

Nəvəsinin bu naqisliyini Masan, çətinliklə olsa da, tədricən tərgitdirə bildi. Bunun dalınca qızda başqa bir xasiyyət peyda oldu: Sürəyya divarın torpağını dırnağıyla qaşıyıb, ovuc-ovuc yeyirdi. Bu azarı qızın canından çıxartmaq üçün onun dil-dodağını Masan, dönə-dönə, acı bibərlə yandırmalı oldu. Sonra qızda bir azar da tapıldı: yaş meyvə ağacda ola-ola, Sülü xəlvətcə dama dırmaşıb, Masanın damda qurutduğu mer-meyvəni -tutu, alçanı, əriyi, bir ac canavar kimi, süpürləyib yeyirdi. Ancaq bu əmələ görə Ətirşah Masan nəvəsini heç vaxt tənbeh eləmədi: fikirləşdi ki, divarın torpağını qaşıyıb yeməkdənsə, qoy uşaq o quru mer-meyvəni yesin.

...Nəvəsinin tək bircə əməlindən Masanın heç vaxt xəbəri olmadı: Sülünün (12 yaşında!) gecələr nənəsini yuxuya verib, həyətdəki fındıqlıqda Həbiblə görüşüb-öpüşməyindən!..

12 yaşın seksuallığı bəlkə bir o qədər də təəccüblü deyil. Ancaq təəccüblü burasıdır ki, hələ 4-5 yaşda ikən Sülü qadın-kişi münasibətlərində nəyin nə olduğunu yaxşı bilirdi. Və hələ heç səkkiz yaşı olmamış, Masanın qardaşı oğlu Ələddini öz erkən şorgözlüyü ilə cinnəndirib, az qala divara dırmaşdırmağı (bundan sonra yüz il yaşasa da) Sülünün yadından heç vaxt çıxmayacaqdı... O vaxt Ələddinin yaşı 25-dən az olmazdı. Yaz idi, iydələrin, bir də heyvaların çiçək açan vaxtıydı. Ələddin həyətin otunu biçib, özünü fındıqlığın kölgəliyinə ve¬rib, şirin-şirin yatırdı. Və Sülünün gic ağlına birdən-birə nə yerləşdisə, gedib özünü Ələddinin qıçlarının arasına dürtdü... O nəyin iyiydi, Allah, Ələddindən gəlirdi!.. Bal iyiydi, gül iyiydi, bəlkə iydələrin, heyvaların çiçəyinin iyiydi - həyətin təzəcə biçilmiş otunun iyinə qarışıb, açıq sinəsinin zil qara tükləri görünən Ələddinin canına-ciyərinə hopmuşdu... Yuxudan kal_ayılıb Sülünü qıçlarının arasında görəndə Ələddin bir müddət gördüyünə inana bilmədi: onun qıçlarının arasında Sülü, açıq-aşkar ər-arvad haqq-hesabının oyununu çıxarırdı. Ələddin Sülünü qamarlayıb top kimi özündən kənara tulladı. Sülü yerə dəyib, durub qaçdı. Sonra Ələddin də ayağa durdu: "Vay dədəm vay, uşaqda əmələ bax - de¬di. Üzünü o başda - eyvanın qabağında samovarla əlləşən bibisi Masana sarı tutub dedi. Və heç çaya da oturmadan, elə o ayaqla da küçə qapısını açıb, öz-özünə hirsli-hirsli deyinə-dey:nə, çıxıb getdi.

O hadisədən sonra Sülü bir-iki dəfə də Ələddini yalnız uzaqdan-uzağa görə bildi. Daha Ələddin kənddə-kəsəkdə heç vaxt Sülünün gözünə dəymədi. Ancaq təzəcə biçilmiş ot iyinin iydə, heyva çiçəyinin iyinə qarışmış o qəribə KİŞİ İYI bu dünyada həmişəlik qaldı. Və sanki o iyi bu dünyadan doyunca almaqdan öt
rü Sülü, hələ- 12 yaşı tamam olar-olmaz, həyətdəki fındıqlıqda, özündən 5-6 yaş böyük Həbiblə hər gecə görüşə tələsdi.

O zaman Sülü öz yaşıdlarından, olsa-olsa, boyunun uzunluğu, bir də süstlüyü, adamayovuşmazlığı ilə fərqlənirdi. Ancaq gecələr o fındıq kollarının arasında Sülü içindən od püskürən qaynar vulkana dönürdü: Həbibi didirdi, dişləyirdi. onun qarnını, döşünü pişik kimi cırmaqlayırdı. Bircə "o yerindən" savayı, Sülü öz canını nə ki var Həbibin ixtiyarına verirdi.

Gecələr, o fındıq kollarının arasında, söz yox, Həbib də bekar durmurdu. Sülünün qırmızı dodaqlarını öpə-öpə: "Sənnən, Sülü, buğda qovurğasının iyi gəlir-deyirdi. Ancaq Sülü bilirdi ki, o iv buğda qovurğasının iyi deyil, bu gün axşam-çağı damda yediyi tut qurusunun iyidir.

Bir dəfə, axşamın alatoran vaxtı, Sülü elə o tut qurusunu yemək üçün Masa-nın gözündən yayınıb, xəlvətcə dama dırmaşanda ordan Həbibi elə bir iş üstdə gördü ki, fcnumu yazmağa da, düzü, əlim gəlmir: öz həyətlərinin lap aşağı basin-da, iki həyəti biri-birindən ayıran alçaq daş hasarın o biri yanındakı iydələrin da-lında Həbib bir xırdaca ağ çəpişin belini qucaqlayıb, onunla açıq-aşkar cinsi əlaqədə idi. Ömründə ilk dəfə gördüyü o seksual reallıqdan Sülü birdən-birə elə qorxdu, elə həyəcanlandı ki, üşütməli-qızdırmalı adam kimi, durduğu yerdəcə" əsməyə, titrəməyə başladı. Sonra Sülü gözlərini yumub özünü bir anlığa o çə-pişin yerində hiss elədi və elə o andaca Sülünün ürəyi keçdi: qızcığaz damın or-tasındaca tir-tap yerə sərildi.

Bundan sonra bir də heç vaxt Sülü, özünü yuxululuğa vurub, Masanın nə vaxt xoruldayacağını gözləmədi. Sülü o fındıqlığa bir də heç vaxt getmədi. Və bir gecə Sürəyya Həbibə bir qəzəbli namə yazıb, yazdığı kağızın üstünə (samovarın qırnasından!) bir damcı da "göz yaşı" saldı ki, bəlkə Həbib öz əməlindən utana: "Ey dönük, vəfasız insan. Adını yazmıram, bu ada nifrət edirəm. Əclaf, vicdansız, satqın adamların hamısına nifrət edirəm. Utan yerə gir. Başını qaldırıb bir də mənim üzümə baxma. Sən mənim müqəddəs eşqimi bir qotur keçiyə satdın"... Məkubun sonundakı şer isə ona dəlalət edirdi ki, bizim yerdə insanların çoxusu anadan şair doğulur:

"Sən mənim eşqimi çırpdın daşlara,
Baxmadın gözümdən axan yaşlara.
Qalsın qulağımda bu iki kəlmə,
Ölsəm məzarımın üstünə gəlmə".

Deyilənə görə, haçansa, hansı bir qəzetdəsə Həbibin şəklini və şerlərini görəndə Sürəyyanın bir dəfə də ürəyi keçmişdi. Ancaq o vaxt Həbib kənddə deyil-di, Bakıda, Universitetin filologiya fakültəsində təhsil alırdı. ARDI
XS
SM
MD
LG