Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:28

Elşad Abdullayevin yaydığı videodalardan biri ekspertizadan keçib


ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda iş adamı Arzu Kazımovla bağlı epizod üzrə təyin olunmuş ekspertizanın nəticələri açıqlanıb.

Bu haqda AzadlıqRadiosuna Arzu Kazımovun vəkili Ramiz Zeynalov məlumat verib.

Ramiz Zeynalov deyib ki, iki gün əvvəl müstəntiq Bakı İstintaq Təcridxanasına gedərək Arzu Kazımova ekspertizanın rəyini elan edib. Ekspertizanın rəyinə əsasən, yayılan videonun saxta olmadığı, sözügedən görüntülərdəki şəxslərin danışıqlarının onlara məxsus olduğu təsdiqlənib.

Arzu Kazımov 2012-ci ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
XS
SM
MD
LG