Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:54

Tofiq Yaqublunun həbs müddəti uzadıldı


Martın 18-də Nəsimi Rayon Məhkəməsində Müsavat başqanının müavini, «Yeni Müsavat» qəzetinin əməkdaşı Tofiq Yaqublu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması üçün istintaq orqanının verdiyi vəsatətə baxılıb.

«Media forum» saytının məlumatına məlumatına görə, Tofiq Yaqublunun həbs müddəti iki ay uzadılıb. Prosesdə Tofiq Yaqublu özü də iştirak edib.

T. Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov yanvarın 23-24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Martın 14-də Nəsimi rayon Məhkəməsi İlqar Məmmədov haqqında da həbs-qətimkan tədbirinin müddətini 2 ay uzadıb.
XS
SM
MD
LG