Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:41

İlham Əliyev AzadlıqRadiosuna: «Azərbaycanda siyasi məhbus yoxdur»


Prezident Brüsseldə AzadlıqRadiosunun İlqar Məmmədov, Anar Məmmədli və digər siyasi məhbuslarla bağlı suallarına cavab verir.

-

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və NATO-nun baş katibi Anders Rasmussen ikitrəfli danışıqlardan sonra jurnaslitlərin qarşısına çıxıblar. İlham Əliyev AzadlıqRadiosunun suallarını da cavablandırıb.


"SİYASİ MƏHBUS" TERMİNİNİN AYDINLAŞDIRILMASI TƏKLİFİ

AzadlıqRadiosu:
Cənab prezident, keçən dəfə Brüsselə səfəriniz zamanı dediniz ki, Azərbaycanda heç bir siyasi opponentiniz həbsdə deyil. Lakin İlqar Məmmədov və Anar Məmmədli kimi fəallar hələ də həbsdədirlər. Siz hələ də o fikrinizdə qalırsız ki, Azərbaycanda siyasi məhbus yoxdur?

İlham Əliyev: Bəli, əlbəttə bu həmçinin Avropa Şurasının Parlament Assambleyasının qərarı ilə təsdiq olunub. Dekabr ayında Avropa Şurasının bəzi üzvləri tərəfindən qaldırılmış bu məsələ qəbul olunmamışdır. Assambleya üzvlərinin əksəriyyəti bu qətnaməyə dəstək vermədi. Bu isə o deməkdir ki, keçən dəfə mən burada Avropa Komissiyasında dediyim “Azərbaycanda siyasi məhbus yoxdur” fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞPA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa İnsan haqları məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda apreoriy siyasi məhbus ola bilməz. Əgər kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarının
həmişə əməl edirik.
İlham Əliyev və Anders Fogh Rasmussen, 15 yanvar 2014
İlham Əliyev və Anders Fogh Rasmussen, 15 yanvar 2014

Onu da demək istəyirəm ki, “siyasi məhbus” terminin müəyyənləşdirilmiş mənası yoxdur. Biz hesab edirik ki, Avropa Parlamenti və ya Avropa Şurası tərəfindən siyasi məhbus məvhumunu müəyyənləşdirilməsi yaxşı ideya olardı. O zaman da kimin siyasi məhbus olub-olmamasını müəyyən etmək
İlham Əliyev
İlham Əliyev
olduqca asanlaşardı.

Ona görə də sizin sualınıza ən yaxşı cavabı AŞPA-nın 2013-cü ilin yanvarında verdiyi qərardır.

İ.ƏLİYEV: "BİZİM HƏLƏ DƏ ERMƏNİSTANIN DANIŞIQLARDA SƏMİMİ OLMASINA ŞÜBHƏLƏRMİZ VAR..."

AzadlıqRadiosu: Ermənistan prezidenti ilə gözlənilən görüşə hansı ümidlər bəsləyirsiniz?

İlham Əliyev: Qarabağ danışıqları ilə bağlı biz nikbin olmaq istərdik, çünki münaqişənin başlanmasından artıq xeyli vaxt keçib və 20 ildir ki, torpaqlarımız işğal altındadır.

BMT-nin erməni qoşunlarının Azərbaycan ərqazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələrini Ermənistan yerinə yetirmir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Dağlıq Qarabağ azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Bildiyiniz kimi, Dağlıq Qarabağdan kənarda Azərbaycanın 7 rayonu da işğal altınaddır. Erməni təcavüzününün nəticəsi olaraq 20 ildən çoxdur ki, bir milyon insan evsiz qalıb. Mənim Ermənistan prezidenti ilə sonuncu görüşüm əvvəlki görüşlərdən daha optimistik idi. Danışıqlar prosesində uzun müddət durğunluq dövrü idi. Çünki Ermənistan danışıqların davam etdirilməsinə istək göstərmirdi. Bizim hələ də Ermənistanın danışqlarda səmimi olmasına şübhələrimiz var ki, onlar danışıqları yalnız status kvonun saxlanması üçün aparırlar.

ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentləri hazırki status kvonun qəbuledilməz olduğunu elan ediblər və biz bunu Ermənistan üçün ciddi mesaj kimi dəyərləndiririk. Status kvonun dəyişdirilməsi üçün onlar bizim torpaqların işğaldan azad edilməsinə başlamalıdırlar. Görərik-baxarıq. Biz xarici işlər nazirlərimizə tapşırıqlar vermişik. Bizim Vyanadakı görüşümüzdən sonra nazirlər artıq bir dəfə görüşüblər. Ümid edirik ki onlar bu ayın axırında ya gələn ayın əvvəlində yenidən görüşəcəklər və biz Ermənistanın bu prosesdə nə qədər səmimi olduğunu görə biləcəyik. Ümidvaram ki, Ermənistanda real qiymətləndirmə üstün gələcək və biz tezliklə konfliktin həllinə nail olacağıq.

RASMUSSEN NATO İLƏ AZƏRBAYCAN ARASINDAKI ƏMƏKDAŞLIQ HAQDA

Rasmussen: Azərbaycanla NATO arasında işlək əməkdaşlıq var və bunun genişləndirilməsi potensialını da görürəm.

Bunlardan ən əsası odur ki, bizim silahlı qüvvələrimiz birgə işləyə bilsinlər. Birgə sülhməramlı əməliyyatlarda iştirak edə bilsinlər. İkinci məsələ odur ki silahlı qüvvələrin islahatları davam etməlidir. Bu sahədə NATO-nun böyük təcrübəsi var və biz ümid edirik ki, NATO ilə Azərbaycan arasında əməkdaşlıq bu sahədə də genişlənəcək. Daha bir birgə maraq dairəsi enerji təhlükəsizliyidir. Bunun strateji aspektləri var, təhlükəsizlik aspektləri var. Bu sahədə də əməkdaşlığı inkişaf etdirəcəyik.
XS
SM
MD
LG