Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:36

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyi açıqlanacaq


"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
-

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən şeir, hekayə müsabiqəsinə əsər qəbulu aprelin 4-də yekunlaşdı.

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinə 200-dən çox yazar qatılıb. Onların bir çoxu hər iki nominasiyada yarışır.

Şeir nominasiyasında 148, hekayə nominasiyasında 132 iştirakçı var.

Müsabiqəyə İran Azərbaycanının Təbriz, Urmiyə, Zəngan, Maku, Takab (Tikantəpə) və başqa şəhərlərindən 20-dək yazar qatılıb.

Rusiya, Gürcüstan, Türkiyə, Avropa ölkələrindən də əsərini müsabiqəyə göndərənlər var.

İlk olaraq aprelin 21-də müsabiqənin şeir 20-liyi açıqlanacaq.

Əsas şərtimizə görə, müsabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər göndərilməli idi. (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).

Bu qaydanı pozan 10-a yaxın yazar müsabiqədən kənarlaşdırılıb.

Müsabiqəyə qatılmaq vaxtı başa çatandan bir neçə sonra əsərini göndərən 2 yazara güzəşt edilib və yarışmaya buraxılıblar.

Hekayəsinin həcmi 20 min işarəni bir qədər keçən yazarlar da müsabiqəyə buraxılıblar.

Oxuzali.az-ı izləyin. Müsabiqə ilə bağlı bütün məlumatlar oraya qoyulur.

"Ədəbi Azadlıq-2014" mükafatına layiq görülənlərin adları yekun mərasimdə açıqlanacaq (Bu barədə ətraflı məlumat verəcəyik).
iPhone-5S
iPhone-5S


Həm şeir, həm də hekayə nominasiyasında 1-ci yer üçün hədiyyələr – iPhone-5S-dir. .

2-ci və 3-cü mükafatçılar hədiyyələrini özləri seçə bilərlər.

2-ci yerın sahibi Netbook, yaxud videokamera, 3-cü yerin sahibi isə E-book reader, yaxud Fotoaparatla mükafatlandırılacaq.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ HAQDA ƏTRAFLI
netbook
netbook

“Ədəbi Azadlıq-2014” müsabiqəsinə hər kəs qatıla bilər.

Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti yoxdur.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Şeir müsabiqəsinin maksimum 2 şeir göndərmək olar.

Hekayə müsabiqəsinə isə yalnız 1 hekayə yollamaq olar (həcmi 20 min kompüter işarəsini keçməməlidir).
e-book reader
e-book reader


Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

Bu dəfə - oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, münsiflərin hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq. Bu isə həm Azərbaycan şəraitində müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin iyunun əvvəlində keçirilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqələrimizin yekununda çap edəcəyimiz kitabda 30 seçmə hekayə və 30 müəllifin seçmə şeirləri (müsabiqədə toplanan ballara uyğun olaraq) yer alacaq.

"Ədəbi Azadlıq" müsabiqəsi 2010-cu ildən bəri FOTOLARDA
XS
SM
MD
LG