Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:46
Turxan Kərimov: "Rəis nə yazdığımla maraqlandı"
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Turxan Kərimovun polisə aparılması və ondan sonra baş verənlərin xronikası

Noyabrın 28-də AzadlıqRadiosunun əməkdaşı Turxan Kərimov mülkigeyimlilər tərəfindən saxlanaraq polis şöbəsinə aparılıb. Polis rəisi jurnalistlə söhbət edəndən sonra onu buraxıblar. Növbətçi Turxan Kərimovla hansı mövzuda profilaktika aparılmasına aydınlıq gətirməkdən imtina edib. Məsələ getdicə DİN-in AzadlıqRadiosuna, Ağ Evin Bakıya, Bakının da Vaşinqtona ittihamlarına qədər böyüyüb.

AzadlıqRadiosu hadisə ilə bağlı məlumatları daim yenilədiyindən ən son xəbərlər bloqun əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla daha öncə gedən xəbərlərlə tanış ola bilərsiz.

06:54 3.12.2014

Bakı cavab verir: öz dərdinizi çəkin!

ABŞ prezidentinin mətbuat katibinin Turxan Kərimovla bağlı dedikləri əvvəl Azərbaycan xarici işlər nazirlıyinin, sonra da İlham Əliyevin mətbuat katibinin bəyanatları ilə cavablandırıldı. Azərbaycan rəsmiləri Azərbaycanda demokratik cəmiyyətin mövcud olduğunu bildirir və ABŞ-ı Azərbaycanın deyil öz daxilindəki problemlərlə məşğul olmağa çağırıblar. Azər Qasımovun danışması xüsusilə maraqlıdır, adətən bu məmur susur və çox nadir hallarda mediaya bətanatlar verir. Bu dəfrə də ritorika eynidir. ABŞ Azərbaycanı insan haqlarına, fundamental azadlıqlara hörmətə dəvət edir, Azərbaycan da ABŞ-ı ikili standartlarda ittiham edir, deyir "bizim tövsiyyələrə ehtiyyacımız yoxdur"

06:12 3.12.2014

Bakı, Nərimanov rayon 18-ci polis bölməsindən

Vaşinqton, Ağ evə qədər

Jean Psaki deyir ki, Azərbaycanın öz öhdəliklərinə münasibəti getdikcə daha çox narahatlığa səbəb olur
Jean Psaki deyir ki, Azərbaycanın öz öhdəliklərinə münasibəti getdikcə daha çox narahatlığa səbəb olur

Azərbaycanlıların adının Ağ evə gedib çıxması, adətən pis əlamətdir - hansısa iriçaplı müxalifət fəalınının, jurnalistin və ya ictimai fəalın həbsi deməkdir. Bu dəfə, xoşbəxtlikdən qanı nisbətən az qaraldan səbəbdir. Xanım Psaki Turxan Kərimovun polis rəisi tərəfindən silistə çəkilməsinə reaksiya verərək neçənci dəfədir Azərbaycan rəhbərlərinə xatırladır - ən yaxşı stabillik açıq cəmiyyət və demokratiya əsasında qurulan siyasi stabillikdir.

05:48 3.12.2014

DİN Turxan Kərimovla bağlı suallara ittihamla cavab verir

Məmurlar gəlib-gedir, AzadlıqRadiosu 1953-cü ildən qalır və ancaq 1 halda gedəcək - Azərbaycanda azad mətbuat və demokratik cəmiyyət təşəkkül tapandan sonra
Məmurlar gəlib-gedir, AzadlıqRadiosu 1953-cü ildən qalır və ancaq 1 halda gedəcək - Azərbaycanda azad mətbuat və demokratik cəmiyyət təşəkkül tapandan sonra

AzadliqRadiosu ilə telefon danışıqlarında hər hansı mövqe formalaşdıra bilməyən DİN mətbuat xidməti gözlənilmədən çox ciddi bir mövqe sahibi kimi Trend agentliyində çıxış edir. DİNin bəyanatının qısa məzmunu belədir, AzadlıqRadiosu ucuz sensasiya axtarır, Nərimanov 18-ci bölməsi də daxil olmaqla Azərbaycan polisinin səlahiyyətləri haqda medianın xəbər yoxdur, AzadlıqRadiosuna təzyiqlər elə radio əməkdaşlarının öz günahıdır və sairə. Əlqərəz, DİN-in Turxan Kərimovla bağlı məlumtaını qısa şəkildə burada oxuyun, əgər tələbat olsa, həmin yazının içindən daha ətralı mətnə də keçid var.

Davamı

XS
SM
MD
LG