Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:39

Türkiyə vətəndaşları Azərbaycandan çıxarıldı


►Azərbaycanda “nurçu”luğu təbliğ etməkdə şübhəli bilinən Türkiyə vətəndaşları ölkədən deportasiya olunublar.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin qərarı ilə Türkiyə vətəndaşları Sunkur Nurulla və Şenol Miktat dini etiqad azadlığı haqqında qanunu pozma ittihamı ilə 2 min manat cərimələnib.

Həmçinin məhkəmə onların ölkədən deportasiya olunmaları barədə qərar qəbul edib və qərar icra olunub.

Bundan başqa 5 Azərbaycan vətəndaşı da eyni ittihamla 1500 manat(hər biri) cərimə olunub.

Qeyd edək ki, polis və MTN-in əməkdaşları sentyabrın 19-da Yasamal rayonunda Mübariz Əsədova məxsus evdə axtarış apararkən “Nurçu” luğu təbliğ etməkdə şübhəli bilinən 85 nəfər saxlanıb.

Axtarış vaxtı evdə 3000 qadağan edilmiş dini ədəbiyyat aşkar edilib.

Az sonra saxlanlar buraxılıb, 2 nəfər barəsində dini etiqad haqqında qanunvericiliyin pozulması, 5 nəfər barəsində isə dini qurumların yaradılması və fəaliyyəti qaydalarının pozulması maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti “Nurçu”ların lideri, Fətullah Güləni dövlət əleyhinə fəaliyyətdə ittiham etdikdən sonra Azərbaycanda da “Nurçu”lara qarşı təqiblər başlanıb.

Bundan sonra Azərbaycanda Fətullah Gülənlə bağlı təhsil müəssisələri ləğv edilib.

XS
SM
MD
LG