Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:50

Yatmış xalqın Yusifi


Zamin Hacı.
Zamin Hacı.

-

«Yeni Müsavat» qəzetində Zamin Hacı yazır ki, son 5 ildə Azərbaycanda 16 min 500 Yusif yaranıb.

«Məncə Yusif adına uca millətimizin eşqi-məhəbbətinin əsas səbəbi İranın 2008-ci ildə çəkdiyi, 45 seriyalı, Azərbaycanda da bəzi telekanallarda və disklər şəklində kütləvi yayılan «Həzrət Yusif» serialıdır. Söhbət ondadır ki, Azərbaycan xalqı üçün bu serial, ümumiyyətlə Yusif peyğəmbər mifi çox simvolik, yerinə düşən bir şeydir. Adamı qardaşları satıb, paxıllığını çəkiblər. Zindana saldırıblar. Tam bizim adamdır. Millətimiz bu saat «Vor-zakon», «Lotu Filankəs» mifləri ilə yaşayır. O cümlədən, hazırda yapistlərin zindanda saxladığı yüzlərlə siyasi məhbusu elə öz azərbaycanlı qardaş-bacılarımız satmayıbmı?

Amma Yusif bəy orda yuxugörmə elmini öyrənib padşaha kömək edir, zindandan qurtulub ağaya çevrilir. Bu da tam bir azərbaycanlı həyat düsturudur – yuxu-zad görüb həyat quracaqsan, vəzifə ələ keçirib yaxşı yaşayacaqsan, səni satanlar da xainlikdən partlayacaq, əziyyət çəkməyə, mübarizə aparmağa ehtiyac yoxdur. İşin sirri bu yuxu yozma qabiliyyətinin başındadır. Hərçənd, Yusif peyğəmbər yatsa yuxusunda görə bilməzdi ki, 21-ci əsrdə Azərbaycanda adını bu qədər sevəcəklər.

Uca millətimizdən xahiş edərdik hərdən ayrı kinolara da baxsınlar. Yoxsa adam özünü qədim Misirdə timsah otaran jurnalist kimi hiss edir».

Dərman.
Dərman.

AZƏRBAYCANDA SAXTA DƏRMANLAR TƏHLÜKƏSİ

«Yaxın vaxtlarda daha 1000-ə yaxın dərman vasitəsinin qiyməti endiriləcək». Bunu ANS-ə açıqlamasında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Şahin Nağıyev deyib.

Onun sözlərinə görə, birinci mərhələdə Tarif Şurası 1057 dərman preparatının və 25 təsiredici maddənin qiymətini endirib. İlin sonuna qədər isə dövlət qeydiyyatına alınmış və tələbat çox olan 4500 dərman vasitəsinin qiyməti hissə-hissə endiriləcək.

İqtisadçı-ekspert Nicat Hacızadə deyir ki, dərmanların qiymətlərinin ucuzlaşması keyfiyyəti aşağı salacaq:

«Dövlət tərəfindən dərman bazarına nəzarət artırılması rəqabəti azaldır ki, bu da bazarda keyfiyyətsiz dərmanların meydana gəlməsinə səbəb olub. Sahibkarlar əvvəllər Avropa və Amerikadan gətirdikləri preparatlara istədikləri qiyməti qoyurdular. İndi dəyəri dövlət müəyyən etdiyi üçün qiymət sisteminə uyğun olsun deyə, Hindistan və Pakistan kimi dövlətlərdən ucuz və keyfiyyətsiz vasitələr gətiriləcək ki, bazarda rəqabətə tab gətirə bilsinlər».

Ariz Abduləliyev.
Ariz Abduləliyev.

15 İLDİR DEPUTATDIR…

Hakim Yeni Azərbaycan Partiyasının qurucuları olmuş məşhur «91-lər» hərəkatının üzvü, Bakı Musiqi Akademiyasının baş müəllimi Ariz Abduləliyev YAP-ın namizədlər siyahısına münasibət bildirib.

«Düşünürəm, kimsə öz adını partiyanın yeni siyahısında görmürsə, bundan əndişələnməyə, romantikaya qapılmağa, inciməyə dəyməz. Yeni Azərbaycan Partiyası xeyriyyə cəmiyyəti deyil ki. Bu, siyasətdir. Partiya üzvü onun əsas strateji xəttinə, proqram məqsədlərinə açıq, çevik təfəkkürlə, demokratikcəsinə yanaşmalıdır, siyasi həmrəylik göstərməlidir», - A.Abduləliyev modern.az saytına açıqlamasında bildirib.

A.Abduləliyev deyir ki, 2005, 2010-cu illərdə seçilənlərin heç də hamısı deputat vəzifəsinin öhdəsindən gələ bilməyib:

«Belələri var, amma bir nəfər də olmamalıdır. Millət hər şeyi görür. Deputat mandatı ilə ancaq öz şəxsi ambisiyalarına, qohum-əqrəbalarına, şəxsi biznesinə xidmət edənləri cəmiyyətimiz bir nəfərinə kimi tanıyır. Baxırsan ki, birisi 5 ildir, birisi 10 ildir, o biri 15 ildir deputatdır, amma 15 seçicinin şikayətini həll eləməyib, əvəzində icra başçıları, nazirliklər, iş adamları ilə şəxsi məsələlərini yoluna qoyub və s.Hətta şəxs adlarını və soyadları dəyişdirmək, sosial durum, qəbiristanlıq, mərasim, yer adları kimi məsələlərə uğursuz «əncam çəkilməsi» də bu dövrdə əhali arasında birmənalı qarşılanmadı. Belə deputatlar yəqin ki, az səs qazanacaqlar».

Gültəkin Hacıbəyli.
Gültəkin Hacıbəyli.

«MƏKTƏB OLMAYAN YERDƏ MƏSCİD TİKMƏK ALLAHA ASİ ÇIXMAQDIR»

moderator.az xəbər verir ki, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Məkkədə baş verən faciənin səbəblərinə toxunarkən müsəlman dünyası ilə xristian aləmini müqayisə edib:

«Məkkədə baş verənlər məni dəhşətə gətirib. 1300 nəfərdən artıq insan şeytanı daşlamaq əvəzinə bir-birini tapdalayıb öldürüb… Bu mədəniyyətlə, bu səviyyə ilə, bu təşkilatçılıqla hara getmək olar? Avropada da, xristian dünyasında da, vaxtilə rüsvayçılıqlar çox olub. Hətta orta əsrlər Avropasında gözəl qadınları «şeytanla əməkdaşlıqda» ittiham edərək diri-diri yandırıblar. Qanlı səlib yürüşləri də Avropa tarixinin utancverici səhifələridir. Ancaq Avropa özündə güc taparaq dəyişib, mövhumatdan, cəhalətdən, fanatizmdən, gerilikdən xilas ola bilib. Nəticədə öz ölkələrində diktator zülmündən qurtulan müsəlman qaçqınlar nicat yolu kimi zəngin müsəlman ölkələrinə yox, məhz «kafir» Avropaya pənah aparırlar. Avropa öz inkişafına kilsə tikməklə yox, məktəb tikməklə nail olub. Çünki məktəb olmayan yerdə kilsə, məscid, sinaqoq tikmək Allaha asi çıxmaqdır».

XS
SM
MD
LG