Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:06

Azərbaycan neft hasilatını dayandıra bilər?


►Ekspertin fikrincə, neftin qiyməti 20 dollaradək düşərsə, Azərbaycan neft hasilatını dayandıra bilər

Neftin qiyməti azalıb, 30 dollara yaxınlaşdıqca müzakirənin yönü dəyişir: əvvəllər neftin qiymətinin büdcəyə təsiri çək-vevir edilirdi, indisə bütövlükdə neft hasilatının xeyirli olub-olmaması.

İndi belə suallar da aktuallıq qazanıb: Hansı qiymətdən sonra neft hasilatı faydasız iş olacaq? Ümumiyyətlə, neft sənayesinin zərəri hansı qiymətdən başlayır?

BP-nin 1 barel neftinin maya dəyəri 13 dolardır

İqtisadçı ekspert Qalib Toğrul Azərbaycanda 2 əsas neft hasilatçısını müqayisə edir:

“Ölkəmizdə əsas neft hasilatçıları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və BP-dir. BP-nin hasilatdakı payı təxminən 80%-dir. BP-nin Azərbaycanda çıxardığı neftin 1 barelinin maya dəyəri 6 dollardır. Şirkət neftini Bakı-Supsa və Bakı-Ceyhan kəmərləri ilə ixrac edir. «Caspian Barrel» Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, 1 barrel neftin Bakı-Supsa ilə nəqli 2 dollardan bir qədər çox, Səngəçaldan Ceyhan limanına çatdırılması xərci isə 7 dollardır. BP əsas neftini ikinci kəmərlə ixrac edir”

Qalib Toğrul
Qalib Toğrul

Buna da bax: Arif Hacılı: “Rayonlardakı aksiyaların təşkilatçısı Müsavat deyil”

ARDNŞ-də isə 1 barelin maya dəyəri 20 dollardır

ARDNŞ-yə gəlincə, ekspert bildirir ki, şirkət həm quruda, həm də dənizdə neft çıxarır:

“Qurudakı neft quyularından hasil olunan neftin maya dəyəri yüksəkdir, bəzən xərci borcunu ödəmir. Dənizdəki quyuların köhnə, neft ehtiyatlarınınsa dərində olması hasilatı çətinləşdirir və maya dəyərini yüksəldir. Ona görə də ARDNŞ-nin çıxardığı neftin 1 barelinin maya dəyəri daha yüksəkdir: təxminən 16 dollar. ARDNŞ hasil etdiyi nefti Bakı-Novorossiysk boru kəməri ilə 1 barelini 3.5 dollara ixrac edir”.

Qalib Toğrul neft hasilatının başqa ölkələrdəki maya dəyərinə də diqqət çəkir: “Rusiyada hasilatın təxminən yarısı “Rosneft”in payına düşür. Şərqi Sibir yataqlardan hasil olunan neftin 1 barelinin maya dəyəri 5 və 15 dollar arasında, Qərbi Sibirdə isə 3 və 5 dollar arasında var-gəl edir. Başqırdıstanda 1 barelin 30 dollara başa gəldiyi quyular da var. Dünyada ən ucuz neft Səudiyyə Ərəbistanında və İranda hasil olunur: 1 bareli 4-5 dollara”.

“Azərbaycan neft hasilatını dayandıra bilər”

Ekspertin qənaətincə, “neftin qiyməti 20 dollaradək düşərsə və bu hal uzun müddət davam edərsə, o zaman bəzi ölkələrdə, o cümlədən Azərbaycanda neft hasilatının dayandırılması gündəmə gələ bilər”.

XS
SM
MD
LG