Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:32

Di Kaprionun Lenin rolunda çəkilməsinə etirazlar


Leonardo di Caprio "Möhtəşəm Gatsby" filmində
Leonardo di Caprio "Möhtəşəm Gatsby" filmində

►“O, Leninin hesabına pul qazanmaq istəyir - qoymarıq, icazə vermərik!"

Yanvarın 21-də Leninin ölüm günündə aksiya keçirən «Коммунисты России» (“Rusiya kommunistləri”) partiyası Hollivud aktyoru Leonordo Di Kaprionun “dünya proletariatının rəhbəri Vladimir İliç Leninin” obrazını yaratmaq istəyinə sərt və mənfi reaksiya bildirib.

Rusiya mediasının yaydığı xəbərə görə, partiya bəyan edib ki, “Onun (Di Kaprionun) Leninin həyatı barədə heç bir təsəvvürü yoxdur, özü də burjua həyat tərzi sürür”.

Partiya buna etiraz əlaməti olaraq aktyorun portretini cırdıqlarını və Kaprionu rekvizitlə təmin etməyə hazır olduğunu deyən “Lenfilm” kinostudiyasına məktub yollamaq qərarına gəldiklərini bildirib:

”Əgər rekvizit verilsə, biz daha ciddi etiraz aksiyası başladacağıq”.

Partiya rus kökənli aktyor Di Kaprionun Lenin rolunda çəkilməsini bir neçə şərtlə qəbul edəcəyini də açıqlayıb.

Birincisi, aktyor Mərkəzi Amerikada yerləşən özünə məxsus Blekador adasının adını dəyişib Leninin şərəfinə Ulyanovsk (Leninin doğulduğu yer) qoymalı və orda Oktyabr inqilabı muzeyi yaratmalıdır.

Lenin, DiCaprio
Lenin, DiCaprio

İkincisi, aktyor heç olmasa yarım il vaxtilə Leninin 3 il sürgün həyatı yaşadığı Şuşenskoyedə yaşamalı vəgələcək çəkilşlər öncəsi kommunizm barədə məsləhətlər almalıdır.

“O, Leninin hesabına pul qazanmaq istəyir-qoymarıq, icazə vermərik! Qoy tədricən-inqilabçı matros obrazları yaratmaqdan başlasın”.

Xatırladaq ki, yanvar ayında amerikalı aktyor bu yaxınlarda Almaniyanın Welt am Sonntag qəzetinə müsahibəsində dünya kinematoqrafiyasını rus tarixindən az film çəkməkdə qınamışdı.

Sankt-Petrburqun “Lenfilm” kinostudiyası isə Leninin, Rasputinin, Putinin obrazlarını yaratmaq istəyində olan aktyora hər cür kömək edəcəyini bildirmişdi.

XS
SM
MD
LG