Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:02

Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi


Ramil Usubov
Ramil Usubov

►Onlara imtiyazlar da veriləcək

Daxili işlər naziri Ramil Usubov aprelin 15-də polisdə işləmək istəyən vətəndaşların sıra baxışını keçirərək, onların arasından seçim edib.

DİN mətbuat xidmətinin məlumatında bildirilir ki, seçim “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi haqqında” prezident fərmanının icrası çərçivəsində 5 şəhər və rayondan olan vətəndaşlar arasında aparılıb.

Nazirin görüşü Sumqayıt Şəhər Polis İdarəsində baş tutub.

Nazir - Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan sakinləri arasında seçim edib. Sıra baxışında sözügedən rayonlardan gələn 125 nəfər iştirak edib. Ramil Usubov onlardan 20-ni polis və Daxili Qoşunlarda xidmətə, 78 nəfəri isə mülki işçi vəzifələrinə namizəd kimi seçib. Seçilənlərin sənədlərinin hazırlanması üçün müvafiq qurumların rəhbərlərinə göstərişlər verilib.

Seçimdən sonra, daxili işlər naziri namizədlər qarşısında çıxış edib. Nazir seçilənləri təbrik edib. Yüksək keyfiyyətlərə malik şəxslərin dövlət idarəçiliyində, o cümlədən daxili işlər orqanlarında xidmətə cəlb edilmələri üçün zəruri addımların davam edəcəyini bildirib.

Prezident İlham Əliyev martın 3-də ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalamışdı. Həmin fərmana görə, polis orqanları ilə əməkdaşlıq edən şəxslərə DİN-in mülki işçiləri üçün müəyyən olunmuş təminatlar şamil ediləcək. (Ardı aşağıda)

"Nə çəkirsən?"

"Nə çəkirsən?"
Gözlə
Embed

No media source currently available

0:00 0:02:19 0:00

Polis orqanları ilə vətəndaşların əməkdaşlığının müxtəlif formaları müəyyən edilib. Onlar birlikdə ictimai asayişin qorunması ilə bağlı hüquqa zidd əməllərə son qoyulması ilə bağlı vətəndaşlara və vəzifəli şəxslərə qarşı tələb irəli sürə biləcəklər.

Sözügedən fərman xüsusilə müxalif düşüncəli ictimai fiqurların narahatlığı ilə qarşılanmışdı.

___________________________________________________________

Bunlara da bax:
Xaricdə təhsil proqramı dayandırıldı
Nazir polisə işləmək istəyənlərdən 78-ni seçdi

___________________________________________________________

Nazir bundan əvvəl martın 16-da da polisə işləmək istəyənlərdən 226 mülkü şəxsi namizəd kimi seçmişdi.

R. Usubov onda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı sakinləri arasında seçim etmişdi. Sıra baxışında sözügedən rayonlardan gələn 870 nəfər iştirakçıdan 226 nəfəri seçilmişdi.

Nazir gələnlərdən 112-ni isə polis və Daxili Qoşunlarda xidmətə namizəd kimi götürmüşdü.

Bəs Almaniyada vətəndaş polisə necə işləyir?

Bəs Almaniyada vətəndaş polisə necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:14:18 0:00

XS
SM
MD
LG