Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:01

Türk fermer Rusiyadan deportasiya edildi- [video]


Akçay Emer
Akçay Emer

►Yoxlama nəticəsində məlum olub ki, hasarda deşik var, təsərrüfatdakı itinsə sənədləri yoxdur...

Rusiyanın miqrasiya (FMX) xidməti 20 il Sıktlvkarda yaşayıb fermer fəaliyyəti ilə məşğul olmuş Türkiyə vətəndaşı Akçay Emerin ökədən qovulmasına nail olub.

Fermerin Rusiyada 2020-ci ilə qədər yaşayış icazəsi var imiş.

FMX Akçay Emerin "Rusiyanın təhlükəsizliyinə təhdid olduğunu" elan edib və onun ölkəni tərk etməli olduğunu bildirib. Emerin Rusiyada arvadı və 16 yaşlı oğlu var. O Rusiyaya yalnız iki ildən sonra qayıda bilər.

Azadlıq Radiosunun Rusiya xidməti bildirir ki, Akçay Emerin oturum icazəsinin ləğv edilməsi barədə əmr Federal Təhlükəsizlik Xidmətinin Komi idarəsindən gəlib. 2015-ci il dekabrın 4-nə aid sənəddə iddia edilir ki, Türkiyə vətəndaşı son üç il ərzində 18 dəfə inzibati məsuliyyətə cəl edilib.

Emer 15 dəfə yol hərəkəti qaydalarını pozduğuna görə, 2 dəfə ölkədə qalma rejimini yüngül pozduğuna, 1 dəfə isə sanitar-baytarlıq qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilib.

​Fermerin özü isə əmindir ki, bütün bu problemlər rus hərbi təyyarəsinin Türkiyə sərhədində vurulmasından sonra başlayıb. Onun sözlərinə görə insidentin baş verməsindən bir neçə gün sonra onun fermasına FTX, FMX və baytarlıq idarəsinin əməkdaşlarından ibarət bir heyət təşrif buyurub. Aparılan ciddi yoxlama nəticəsində iki pozuntu aşkar edilib: hasarda deşik var imiş, təsərrüfatdakı itinsə sənədləri yox imiş. Bunu əsas gətirərək FMX idarəsi dekabrın 80-də Akçay Emerin oturum icazəsini ləğv edib.

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

Akçay Emer miqrasiya xidmətinin qərarı ilə bağlı məhkəməyə müraciət edib. İki ay davam etmiş məhkəmənin qərarı FMX-nin xeyrinə olub.

Ancaq Türkiyə vətəndaşı bu qərarla da razılaşmayıb apellyasiya şikayəti verib. Şikayətə mayın 5-də baxılması gözlənilir. Ancaq o, ölkədən qovulacağı ilə hədələndiyindən bilet alaraq İstanbula gedib. İndi o Rusiyaya ən tezi 2018-ci ilin sentyabrında qayıda biləcək.

Akçay Emer
Akçay Emer

Türkiyə vətəndaşının sözlərinə görə, o, antitürkiyə kampaniyasının yeganə qurbanı deyil. O deyir ki, Sıktıvkarda taxta fabriki açaraq bir neçə il orada yaşamış başqa bir türkün də yaşayış izni ilin əvvəlində ləğv edilib.

Bundan əvvəl türkiyəli tələbələrin Rusiya ali məktəblərindən xaric edilməsi barədə xəbərlər yayılmışdı. Lakin Rusiyanın Təhsil Nazirliyi iddia edirdi ki, iki ölkə arasında münasibətlərin pozulması tələbələrə problem yaratmır.

Bundan başqa Türkiyə vətəndaşları ilə nikahda olan rusiyalı qadınlar ölkə prezidenti Vladimir Putinə müraciət edərək qarışıq rus-türk ailələrini qorumağı xahiş etmişdilər. Onlar ilk növbədə prezidentdən xahiş edirdilər ki, türklərin Rusiyadakı işlərini və yaşayış icazələrini itirməsinin qarşısını alsın.

Buna da bax: Rusiya-Türkiyə mübahisəsi. Azərbaycan hansı mövqedə olsun?

Rusiya-Türkiyə mübahisəsi. Azərbaycan hansı mövqedə olsun?
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel Radio proqramında

Lavrov Yerevana gedir. Erməni ekspertlər yaman narahatdır
Azərbaycan 163-cü yerə düşüb…
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi niyə uzanır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel TV proqramında

Dünyada qeyri-adi etiraz aksiyaları
“Neft yenə ucuzlaşacaq”
XS
SM
MD
LG