Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Azərbaycanda qoyun dərisi... 20 qəpiyədir


►Fermerlər yun və heyvan dərisini satmağa bazar tapmırlar

“Bəzən qoyunları ildə bir dəfə qırxırıq. Maddi maraq olmayandan sonra niyəqırxaq ki?”

Bunu Saatlıda yaşayan fermer Zahid Babayev deyir. O əlavə edir ki, indi fermer heyvanın südündən və ətindən başqa heç nəyini sata bilmir:

“Əvvəllər heyvanın dərisi də, yunu da pul idi. İndi qoyunun balasını ətlik üçün satırıq. Yununu da gah alan olur, gah olmur. Alıcı tapmayanda qoyunu payızda yox, yazda qırxırıq. Alan olanda da yunu dəyər-dəyməzinə satırıq”.

Şamaxılı fermer, çörəyi heyvandarlıqdan çıxan Qəhrəman Əliyev deyir ki, qoyun-quzusu var, bəzən kəsib satır:

“Rayonda dəri qəbul məntəqəsi var, getdim verməyə, 4 dəriyə 1 manat verdilər. Məntəqədə işləyən oğlan dedi ki, “dayı, hələ sənə çox veririk, dərini 25 qəpikdən alırıq, mal çox olanda 15 qəpikdən alırıq”. Necə əsəbiləşdimsə, malımı əllərindən alıb zibilə atdım”.

Qəhrəman Əliyev deyir ki, qışda dərini 1 manatdan verib, 3-4 il əvvəl isə bir qoyun dərisinin qiyməti 3 manat olub. O, qoyun yununa da alıcı tapmadığından şikayətçidir.

Statistika deyir ki…

Azərbaycan Gömrük Komitəsinin məlumatına görə,2014-cü ildə ölkədən 24 milyon dollarlıq emal olunmamış gön və aşılanmış dəri ixrac edilibsə, 2015-ci ildə bu rəqəm 12 milyon dollar olub. 2014-cü ildə emal olunmamış gön ixracın 50 faizini, ötən il 0,11 faizini təşkil edib. Bu ilin ilk 4 ayı üzrə məlumata görəisə, emal olunmamış gön ixracda əsas məhsullar üzrə siyahıya düşməyib.

____________________________________________________________

Bunlara da bax:
Leyla Əliyeva professor oldu- [Fotolar]
Sərhəd qoşunlarının irimiqyaslı təlimləri keçirilib- [Video]

____________________________________________________________

Azərbaycan Dövlət Statistika Komitəsi bildirir, toxuculuq müəssisələrinin işində yağsızlaşdırılmış yun sonuncu dəfə 2007-ci ildə istifadə olunub. Statistik məlumata görə, yun istehsalı 2014-cü ildə 16 ton olub və istehsalda əvvəlki illərlə müqayisədə artım olub.

“Azərbaycanda yun və dəriyə tələbat yoxdur”

“Azərbaycanda istehsal edilən yun və dəriyə ölkədaxili emal tələbatı olmadığından, demək olar ki, istifadəsiz qalıb, hətta bəzən zibilə də atılır”, aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov deyir.

Gözlə

No media source currently available

0:00 0:01:36 0:00
Direct-ə keçid

O, fermerlərin şikayətlərini haqlı sayır, söyləyir ki, vaxtilə dəri tədarükü ilə məşğul olan sahibkarlar bunu,əsasən, Türkiyəyə satırdılar:

“Yaxşı da gəlir götürə bilirdilər. Fermerdən dərinin birini 3 manatdan alıb emal edib yaxşı qiymətə xaricə sata bilirdilər. İndi belədəri emalı müəssisələrinin sayı çox azalıb”.

Yun tədarükünə gəlincə, Vahid Məhərrəmov bildirir ki, Azərbaycanda bəslənən qoyunlar yunluq deyil, daha çox universaldır, yəni həm ətlik, həm də yunluqdur:

“Əgər yuna tələbat olarsa, yunluq istiqamətdə qoyun yetişdirilərdi və emal edib xaricə satıla bilinərdi”.

“Hökumət xaricdə bazar tapa bilər”

Ekspertin sözlərinə görə, sovet vaxtında merinos cinsli qoyunlar məhz yunluq üçün bəslənirdi, amma indi Azərbaycanda istehsal olunan yun yalnız ölkədaxili məişətdə elə xammal kimi işlənir, emal olunmur.

Vahid Məhərrəmovun fikrincə, aqrar sahəni inkişaf etdirmək istəyən hökumət yun və gön-dəri emalı ilə bağlı sənayenin yaradılmasına və inkişafına diqqət yetirməlidir:

“Fermerlər problemlərini həll edəcək gücdə deyil. Hökumət xaricdə bazar tapmaqda yerli sahibkarlara dəstək verməlidir”.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

XS
SM
MD
LG