Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:37

Sələfilər kimdir və adamlar niyə onlara qoşulmaq istəyir?


Tacikistanda saqqal problemi...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Tacikistanda saqqal problemi...

►14 imam saxlanıb...

Tacikistanda sələfilik artıq 7 ildir ki, qadağan edilib. Ötən ildən isə hökumət onu ekstremist təriqət elan edib. Sələfilərə 5 ildən 8 ilədək həbs cəzası verilir. Ölkə həbsxanalarında on minlərlə sələfi kişi və qadın cəza çəksə də, bu təriqətə üz tutanların sayı azalmır.

Bəs onları ağır cəza gözlədiyini bilə-bilə adamlar niyə sələfiliyə üz tuturlar? Mütəxəssislər bildirirlər ki, adına bəzilərinin vəhhabilik dediyi sələfiliyə üz tutma ölkənin ən kasıb təbəqələrində müşahidə olunur. Onlar hesab edirlər ki, gənclərin sələfilərə qoşulması onların ədalət tapmaq istəyi və dövlətin gənclərin problemlərini görməzdən gəlməsi ilə bağlıdır.

Bəs Tacikistanda sələfilər necə yaşayırlar? Yaxınlarının onların dini baxışlarına münasibəti necədir?

Sələfiliyə görə həbs edilmiş, hazırda istintaq təcridxanasında saxlanan İlhom Hafizovun anası Dilorom Hafizova hər həftə oğluna ərzaq aparır. İlhoma qarşı Tacikistan Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə ittiham irəli sürülüb. Ona 5 ildən 8 ilə qədər həbs cəzası kəsilə bilər.

Buna da bax: Saqqallı kişiləri futbol oyunlarına buraxmırlar

"Mən ona mayonez, ketçup, rollton aparıram. Çalışıram gec xarab olan ərzaqları seçim," Dilorom Hafizova danışır.

"Salam, ana. Çox sağ ol! Göndərdiyin şeyləri aldım. Hamıya salam söylə. Ana, onlalrın heç bir sübutu yoxdur. Xahiş edirəm, kədərlənmə. Hər şey yaxşı olacaq," oğlu İlhom yazır.

SAQQALI YOXDU...

Dilorom əmindir ki, oğlu sələfi deyil və qanunu pozmayıb. Onu yalnız dostunun ifadəsi əsasında tutublar. Günahını sübut edəcək heç bir dəlil yoxdur. Elə anasının göstərdiyi fotolarda da onun saqqalı və sələfilərə aid başqa atributları gözə dəymir.

Buna da bax: Rusiyada sələfilərə hücum kimin xeyrinədir

Ancaq Dilorom yenə də oğluna iş kəsiləcəyindən qorxur. Oğlu həbs olunandan o eyni maddə ilə həbs edilmiş digər gənclərin yaxınları ilə tanış olub.

Ölkədə bəzi məscidlərin imamları da sələfiliyi təbliğ edir. Tacikistanın Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, təkcə bu il ölkədə 14 imam saxlanılıb. Özü də ölkənin hüquq-mühafiə strukturları və dini işlər üzrə dövlət komitəsi imamların işə təyin edilməsi zamanı yoxlama və attestasiya həyata keçirir. Bu yoxlama və attestasiya hər il yenidən təkrarlanır.

Bir çoxları düşünür ki, sələfilərin məqsədi yaşadıqları ölkələrdə hakimiyyəti zorakılıqla ələ keçirib dini dövləti qurmaqdır. Sələfilərsə bu fikri rədd edir, dinc vətəndaşlar olduqlarını deyirlər.

TEATR ÇATIŞMAZLIĞI...

Tacikistanda qadağan olunmuş dini ekstremist cərəyanlarda iştiraka görə nəzərdə tutulmuş cəza ildən-ilə sərtləşir.

Mütəxəssislər isə deyirlər ki, problemi qadağalar və həbs cəzaları ilə yox, başqa üsullarla həll etmək lazımdır. Belə ki, bu ekstremist təşkilatların artan nüfuzu ilk növbədə ziyarətçilərin yoxsulluğu, dini və hüquqi biliklərinin aşağı səviyyəsi ilə bağlıdır.

Digər səbəb kimi isə Tacikistanda dünyəvi infrastrukturun zəif olması göstərilir. Ölkədə, xüsusilə də kənd yerlərində teatrlar, kitabxanalar, gənclərin ünsiyyəti üçün meydançalar, klublar və dərnəklər azdır. Mütəxəssislərin fikrincə, bu şəraitdə məscid insanların görüşərək söhbət edə, fikir mübadiləsi apara biləcəyi yeganə yer olur.

Buna da bax: Sabirabadda sakitlik və xof var...

Sabirabadda sakitlik və xof var...
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

XS
SM
MD
LG