Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:33

Azərbaycan kapitallı lüks kurortda evlər satışa çıxarıldı- VİDEO


www.azmont.com
www.azmont.com

►Londonda dəbdəbəli təqdimat

“Azmont” Monteneqrodakı lüks mülkləri satışa çıxarır

Qalmaqallı “Azmont Investments” şirkəti iyulun 14-dən Monteneqroda inşa etdiyi 650 milyon avroluq “Portonovi” kurortunda mülklərin satışına başlayıb.

Mülklərin ümumi sayının 133 olduğu, kurortun Lower Village hissəsindən 89, Marina hissəsindənsə 24 mülkün satışa çıxarıldığı bildirilir.

Satışa başlanması elanını “Azmont Investments” şirkətinin müşahidə şurasının sədri Ahmet Erentok Londonda keçirilən təqdimat mərasimində açıqlayıb.

Bu haqda şirkətin www.azmont.com ünvanındakı saytı xəbər verir.

A.Erentok mülklərin satışının 2017-ci ilin ikinci yarısında başa çatacağını proqnozlaşdırıb. Onun gözləntilərinə görə, kurortun ilkin fazasının açılışı da həmin vaxt olacaq.

A. Erentok, mülklərin uğurla satılacağını ümid etdiklərini bildirib.

“Biz Prtonovi-nin ilk sakinlərini səbirsizliklə gözləyirik”, A.Erentok deyib.

Monteneqroda yaradılmış “Azmont Investments» şirkətinin paylarının 99,99 faizi “Azerbaijan Global Investments” (AGİ) şirkətinə məxsusdur. Qalan 0,01 faiz səhm isə SOCAR-a məxsus “Saiph Holding B.V” (Hollandiya) şirkətinin əlindədir.

2013-cü ildə yaradılmış AGI-nin təsisçiləri isə Paşa Development (35 faiz), AtaHolding (33 faiz) və Synergy Group (32 faiz) şirkətləridir.

Aprel ayında Monteneqronun Mərkəzi Bankı “AZMONT BANKA AD Podgorica”ya tam həcmli bank lisenziyası (0101-4014/83-2) verdiyini elan etmişdi.

Bu, Monteneqroda Azərbaycan kapitalının iştirak etdiyi sayca ikinci bank idi.

Azərbaycan sərmayəsiylə yaradılan bu bankın Müşahidə Şurasına da Ahmet Erentokun başçılıq etdiyi bildirilir.

O, həm də bankın ana şirkətləri - “Azmont Investments” və “Azerbaijan Global Investments”in, eləcə də AGI-nin təsisçilərindən olan AtaHolding qrupunun Müşahidə Şurasının sədridir.

2015-ci ilin dekabrından “AzMont İnvestments” şirkətinin Azərbaycanda nümayəndəliyi də fəaliyyət göstərir.

Nümayəndəliyin qanuni təmsilçisi Qorxmaz Ağayevdir.

XS
SM
MD
LG