Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:45

Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?


Prezidentlər Əliyev və Erdoğan
Prezidentlər Əliyev və Erdoğan

İqtidaryönlü siyasətçilər Azərbaycanda referendum təklifinin Türkiyədə Recep Tayyip Erdoğanın devrilməsinə yönəlmiş çevriliş cəhdindən qaynaqlandığını etiraf edirlər

AzadlıqRadiosunun müxbiri Liz Fuller yazır ki, ölkə müxalifətinin qənaətinə görə, Azərbaycan prezidenti İlham Əliyevin Konstitusiyaya dəyişikliklərə dair açıqladığı təkliflər onun və ailəsinin hakimiyyətini uzatmaq və möhkəmləndirmək məqsədi daşıyır.

Məqalədə deyilir ki, Azərbaycanın Konstitusiya Məhkəməsi bu dəyişikliklərə dair qərarını bugünlərdə açıqlayacaq və bundan sonra təkliflər ümumxalq səsverməsi - referenduma çıxarılacaq. Təkliflərin referenduma ayrı-ayrılıqda, yoxsa paket formasında çıxarılacağı hələlik məlum deyil.

Konkret olaraq təkliflərdən birinə görə prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılır və bundan əlavə, birinci vise-prezident və vise-prezident postları təsis edilir.

Artur Rəsizadə heç vaxt prezident olmayacaq

Yeni qaydalara uyğun olaraq prezident öz səlahiyyətlərinin icrası iqtidarında olmadıqda, bu səlahiyyətlər (indiki qaydalara görə Artur Rəsizadəyə yox),birinci vise-prezidentə keçir. Yalnız birinci vise-prezident də hər hansı səbəb və şəraitdən prezident səlahiyyətlərini icra etmək iqtidarında olmadıqda, hakimiyyət yükü baş nazirə verilir.

Yeni təkliflərə görə prezident səlahiyyətləri Artur Rəsizadəyə keçməyəcək
Yeni təkliflərə görə prezident səlahiyyətləri Artur Rəsizadəyə keçməyəcək

Liz Fuller yazır ki, bu dəyişikliklərin 1998-ci ildən bəri baş nazir postunu tutan Artur Rəsizadənin 81 yaşında olması ilə bağlı olub-olmadığı bəlli deyil.

Təkliflərə görə prezidentə bəzi müstəsna səlahiyyətlər verilməlidir. Məsələn, parlament bir ildə iki dəfə hökumətə etimadsızlıq qərarı qəbul etdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank rəhbərliyinə namizədləri rədd etdikdə, prezident bu parlamenti buraxaraq erkən prezident seçkisi keçirmək qərarı verə bilər.

Dəyişiklik layihəsində həmçinin prezidentliyə namizədlər üçün yaş senzi (hazırda 35-dir) ləğv olunur, parlament üzvlüyü üçünsə minimum yaş həddi 24-dən 18-ə endirilir.

Mehriban Əliyeva üçün yeni post?

Liz Fuller yazır ki, dəyişiklik təkliflərində söhbət bir sıra hüquqların, o cümlədən sərbəst toplaşma azadlığının pozulması ilə bağlı cəzalardan gedir, lakin konkret olaraq bu azadlıq “ictimai asayişə və mənəviyyata” qarşı yönəlmiş olmamalıdır.

Daha bir təklifə görə torpaq sahibliyi “sosial ədalət və torpaqdan səmərəli istifadə” mülahizələri ilə məhdudlaşdırıla bilər.

Əli Kerimli: "Məqsəd Əliyev klanını əbədiləşdirməkdir..."
Əli Kerimli: "Məqsəd Əliyev klanını əbədiləşdirməkdir..."

Və nəhayət hər hansı bir şəxs “qanunlara uyğun şəkildə” Azərbaycan Rüespublikası vətəndaşlığından məhrum edilə bilər.

Liz Fuller yazır ki, müxalifətin iki aparıcı lideri artıq bu dəyişikliklərlə bağlı ciddi narahatlıqlarını bildiriblər. http://www.kavkaz-uzel.eu/articles/286015/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dəyişiklik təkliflərini “ailənin de facto mövcud hakimiyyətinin məhdudiyyətsizləşdirilməsi vəvə avtoritarlığlın gücləndirilməsi üçün konstitusiya əsasının yaradılması cəhdi” adlandırıb.

Onun sözlərinə görə burada əsas və yeganə məqsəd Əliyevllər klanı hakimiyyətinin əbədiləşdirilməsidir.

Liz Fuller yazır ki, Kərimli birinci vise-prezident postunun konkret olaraq Əliyevin arvadı Mehriban üçün yaradıldığı barədə mülahizələrə dair fikir söyləməyib. Mehriban Əliyeva hazırda hakim YAP-da sədrin birinci müavinidir.

Müsavat Partiyasının başqanı Arif Hacılının fikrincə, təklif olunmuş dəyişikliklər prezident səlahiyyətlərinin genişləndirilməsi, parlament və nazirlər kabineti hakimiyyətinin isə məhdudlaşdırılması məqsədini güdür.

Türkiyədə çevriliş cəhdi YAP-ı qorxudub

Əksinə, hakim Yeni Azərbaycan Partiyası icraçı sədrinin müavini Siyavuş Novruzovun fikrincə, dəyişiklikllər tamamilə əsaslandırılıb.

"Qeyri-YAP millət vəkili" Həsənquliyevin fikrincə Türkiyədə çevriliş cəhdindən nəticə çıxarılıb
"Qeyri-YAP millət vəkili" Həsənquliyevin fikrincə Türkiyədə çevriliş cəhdindən nəticə çıxarılıb

O diqqəti belə bir məqama çəkib ki, prezidentlik müddətinin 5 ildən 7 ilədək uzadılmasında məntiq var, çünki əks halda Azərbaycanda üç il dalbadal seçki keçirilməli olardı: 2018-ci ildə prezident, 2019-cu ildə bələdiiyyə və 2020-ci ildə parlament seçkiləri.

Liz Fuller yazır ki, parlamentdə azsaylı qeyri-YAP millət vəkillərindən olan Qüdrət Həsənquliyev dəyişiklik təkliflərini təqdir edib. O deyib ki, bu təkliflər hazırkı geosiyasi şəraitə tamamilə uyğunduir.

Onun fikrincə, “əgər Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair razılaşma əldə olunmasa, Ermənistan qeyd-şərtsiz olaraq Azərbaycanın 7 rayonunu işğaldan azad etməsə, onda Azərbaycanı “qanlı müharibə” gözləyir.

Həsənquliyev hazırkı təklifləri həmçinin Türkiyədə ötən həftə Recep Tayyip Erdoğanı devirməyə yönəlmiş hərbi çevriliş cəhdi ilə bağlayıb.

Millət vəkili deyib ki, Azərbaycanda da belə bir hərbi çevriliş cəhdi olarsa, yeni təkliflər prezidentə parlamentin razılığını almadan silahlı qüvvələrdən istifadə etmək imkanı yaradacaq.

Siyasət yox, iqtisadi vəziyyət

Liz Fuller yazır ki, prezident Əliyev şəxsən onu mənfəətələndirəcək konstitusiya dəyişikliyi referendumunu təşəbbüsü ilə ilk dəfə deyildir ki, çıxış edir.

2009-cu ilin martında keçirilmiş referendumda elektorat 29 dəyişikliyə səs verməli idi. Bunlardan ən ziddiyyətlisi prezidentlik müddtələrinin sayca və dalbadal iki dəfə ilə məhdudlaşdırılmasını aradan qaldırırdı.

Hakimiyyətin referendum təklifi manatı gözləyən yeni təlatümdən xəbər verə bilər
Hakimiyyətin referendum təklifi manatı gözləyən yeni təlatümdən xəbər verə bilər

2009-cu il referendumu 2003 və 2008-ci il prezident seçkilərinin qalibi elan edilmiş İlham Əliyevə 2013-cü ildə təkrar namizəd olmaq imkanı verirdi.

Bütün bu təkliflərin referendumdam keçirilməsinə baxmayaraq, Venesiya Komissiyası dəyişiklikləri “geriyə addım” adlandımışdı.

Liz Fuller yazır ki, Əliyevin öz hakimiyyətini möhkəmləndirmək təşəbbüsü geosiyasətdən daha çox iqtisadi vəziyyətlə də bağlı ola bilər.

Məqalədə deyilir ki, 2015-ci ildə devalvasiyaya uğrayan manat ötən dekabrda öz çəkisinin daha üçdə birini itirib.

Ötən həftə prezident Əliyev Maliyyə Sabitliyi Şurasının yaradılması barədə fərman verib. Artur Rəsizadənin başçılıq edəcəyi bu qurumda iqtisadiyyata cavabdeh kabinet üzvləri təmsil olunublar.

Liz Fuller yazır ki, bir çox təhlilçilərin fikrincə, bu komissiyanın uğurlu olacağı ciddi suallar doğrurur.

XS
SM
MD
LG