Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Manat 'üzə-üzə gedir'


-

Azərbaycan Mərkəzi Bankı manatın avqustun 2-nə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin məzənnəyə görə, bir dollar avqustun 2-də 1,5883 manata bərabər olacaq. Avqustun 1-də bir dollar 1,5851 manata bərabər olub.

Son aylar həftə sonu və bayram ərəfəsi bəzi günləri çıxmaqla manat dollar qarşısında davamlı dəyər itirir.

Hökumət buna "üzən məzənnə" deyir və prosesin nəzarətdə olduğunu bildirir.

Ekspertlər ilin sonuna kimi bir dolların bir manat 80 qəpiyə bərabər olacağını düşünürlər.

Buna da bax: 'Azərbaycana kredit verən olmayacaq'- Moody’s-dən “0” proqnozu

XS
SM
MD
LG