Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:50

Baş örtükləri Türkiyədən, mühafizəkar geyimlər Səudiyyə və İrandan gətirilir


Bakıda dini mağaza, 13.09.2016
Bakıda dini mağaza, 13.09.2016

Bakıda burkini tapmaq çətinmiş...

– Ay xanım, bu dükanda qızıma iş olmaz? Mən də, qızım da başıbağlıyıq, atası da işləməyə başqa yerə qoymur. Ona görə bura gəldim.

– Yox, bacı, təzəlikcə bir qızımızı işə götürmüşük, hələ ehtiyacımız yoxdur.

Yanındakı 15-16 yaşlı çəlimsiz qızına iş axtaran qadın dini geyimlər satılan mağazanın satıcısından mənfi cavab alır. Amma satıcı ona başqa dini mağazalara getməyi məsləhət görür. Qadının telefon nömrəsini alıb qıza tanışlarından iş soraqlayacağına söz verir. Deyir ki, «narahat olmayın, indi şəhərdə bizim dükanımız kimi «müsəlman dükanlar»ı az deyil. Birində, ikisində olmasa, üçüncüsündə mütləq iş tapılacaq».

İndi Bakıda üstündə «Dini dükan», «Müsəlman dükanı», yaxud «Muslims shop» yazılmış alış-veriş yerləri az deyil.

İndi Bakıda üstündə «Dini dükan», «Müsəlman dükanı», yaxud ingiliscə «Muslims shop» yazılmış alış-veriş yerləri az deyil.

Mağazalarda daha çox paltar satılır

Buna da bax:​ İranda «islami» retuzlar

Bu mağazaların çoxunda pal-paltar satılır. Çadrayla birlikdə uzun, qara paltar 70 manatadır. Bər-bəzəkli, allı-güllü baş örtükləri 15-35 manat arasındadır. 150-200 manata paltarlar da çoxdur. Satıcılar deyir, rəngarəng paltarlar, baş örtükləri Türkiyədən, daha mühafizəkar geyimlər isə Səudiyyə Ərəbistanından, İrandan gətirilir:

'Dində əsas odur ki, qadının əzaları bilinməməlidir' [audio]
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00
Direct-ə keçid

«Müştərilərimiz əsasən, dindar ailələrdir. Dində əsas odur ki, qadının əzaları bilinməməlidir, geyim diqqət cəlb eləməməlidir. Alıcılar necə istəyir, biz onu satırıq».

Çadrayla birlikdə uzun, qara paltar 70 manatadır.

Alıcı xanımlardan biri, Xatirə Mehdiyeva deyir ki, o, həmişə müasir və rəngarəng geyimlərə üstünlük verir:

«Elə geyinirəm ki, həm yaraşıqlı olsun, həm Allah, həm də bəndəyə xoş getsin. Yaxşı ki, bu cür mağazalar var. Yoxsa qabaq hər şeyə görə Türkiyəyə, İrana gedirdik».

Bər-bəzəkli, allı-güllü baş örtükləri 15-35 manat arasındadır.

25 yaşlı Xədicə molla yanında ərəb dili öyrəndiyini deyir. Əynində qara, uzun paltar var. Başına da çadra bağlayıb. Deyir, ildə bir-iki dəfə özünə geyim alır:

«Dində var ki, hicab diqqəti cəlb eləməməkdən ötrüdür. Mən də çalışıram elə geyinim. Mağazlara düzü, çox getmirəm. İldə bir-iki dəfə».

Bu yay Bakıda «burkini»yə ehtiyac olmayıb

İndi Bakıda üstündə «Dini dükan», «Müsəlman dükanı», yaxud ingiliscə «Muslims shop» yazılmış alış-veriş yerləri az deyil.

Bakıdakı dini geyimlər satılan mağazalardan müsəlman qadınların çimərlikdə geydiyi «burkini» adlı geyimi də soruşuruq. Mağaza satıcıları onlarda belə geyim satılmadığını deyir. Yalnız biri yada salır ki, müştərilərindən biri burkini soruşub. O da özəl olaraq, Türkiyədən gətirib və sadə burkinini 50 manata satıb. Tələbat olmadığından sonradan gətirməyib. Dini mallar satanlar Bakıda burkiniyə tələbat olmadığını söyləyirlər.

Fatimə Həsənova da qapalı geyinir. Deyir, cəmi bir dəfə mağazada burkini görüb, onda da mağaza qapalı olubmuş. O, bütün yayı Bakıdakı mağazalardan burkini soraqlaşdığını vurğulayır.

Buna da bax:​ Kann çimərliyində burkini qadağası

80-1000 manata rəsmlər, təsbehlər, canamazlar...

Kitablar 5-15, təsbehlər işləmələrinə görə 3-20 manatdır. Canamazlar 15 manata satılır.

Satıcılar deyir ki, dini mağazalarda ən çox satılan qadın paltarları və baş örtükləridir. Üzərində müsəlmanların müqəddəs saydıqları yerlərin təsvirləri olan rəsmlər, təsbehlər, səcdə üçün möhür, canamaz, namaz kitabları, İrandan gətirilən xına da çox satılır. Qiymətlərə gəldikdə, dini rəsmlər 80-1000 manat arasındadır. Kitablar 5-15, təsbehlər işləmələrinə görə 3-20 manatdır. Canamazlar 15 manata satılır.

«İndi dini mağazaların da alıcıları azalıb»

45 yaşlı Valid Əmirov deyir, 10 il öncə o da Bakıda belə bir mağaza açıb. Son illərin iqtisadi çətinlikləri üzündən mağazanı qapatmalı olub. Dediyinə görə, indi alıcılar da azalıb: «Bir-iki saat həmin mağazalarda olmaq yetər ki, alıcı olmadığını görəsən. Bu o demək deyil ki, camaat dindən üz döndərir, yox, sadəcə əlindəkinə qane olur, təzəsini almırlar».

Buna da bax:​ Burqa inteqrasiyayla bir araya sığırmı?

Əlində təsbeh çevirən 60 yaşlı Vidadi Bağırov isə dindar olsa da, heç vaxt dini əşyalar satılan mağazalardan nəsə almadığını söyləyir: «Həm bahadır, həm də ehtiyacım yoxdur. Bu təsbehimi də dostum pulsuz hazırlayıb».

XS
SM
MD
LG