Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:12

'MTN generalı'nın işi: Zərərçəkmişlərin biri müğənnidir...


General Akif Covdarov
General Akif Covdarov

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bir sıra inşaat şirkətlərinin rəhbəri İlham Qasımovun işi üzrə məhkəmə istintaqı başlanıb.

MTN generalları haqqında cinayət işində, o cümlədən Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Akif Çovdarova ünvanlanan ittihamlarda "Real" Mənzil-Tikinti Kooperativinin və başqa şirkətlərin rəhbəri İlham Qasımovun da adı çəkilir. O, A. Çovdarovun işində zərərçəkmiş kimi tanınsa da, özü də həbsdədir. Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə istintaqı başlanıb.

Buna da bax:​ MTN generalı ilə bağlı yeni faktlar üzə çıxıb

Prokuror ittiham aktını elan edərkən məlum olub ki, İlham Qasımov rəhbərlik etdiyi şirkətlərin inşa etdiyi binalarda bir mənzilin bir neçə nəfərə satılması, pulu alınsa da, mənzillərin təhvil verilməməsi kimi əməllərdə suçlanır. O, CM-in 178-ci (dələduzluq), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə suçlanır.

İlham Qasımov özünü təqsirli bilmədiyini, bu üzdən ifadə verməkdən imtina etdiyini və iş üzrə zərərçəkmiş qismində tanınan şəxslərlə üzləşdirilmək istədiyini söyləyib.

Buna da bax:​ «MTN-də məndən 350 min istədilər»

Zərərçəkmiş müğənni də məhkəməyə gəlib

Zərərçəkmişlərdən biri də Gülağa Ənvərovdur. O, cinayət işinin materiallarına görə, İlham Qasımova bina tikintisindən ötrü 10 milyon manat verib. Bu pulun təxminən 3 milyonu tikinti planlaşdırılan ərazidə sakinlərin köçürülməsinə xərclənib. Yerdə qalan məbləği İlham Qasımovun mənimsədiyi iddia olunur.

Zərərçəkmişlər arasında olan müğənni Manaf Ağayev də məhkəmədə iştirak edib.

Məhkəmə iclasında zərərçəkmişlərdən Sahib Muradovla İlham Qasımov və onun yaxınları arasında qalmaqal olub. Tərəflər bir-birini təhqirdən çəkinməyiblər. Sahib Muradov hakimlərə ölümlə hədələndiyini deyib. Hakim Zeynal Ağayev İlham Qasımov və yaxınlarına bu məsələ ilə bağlı xəbərdarlıq edib.

Buna da bax:​ '8-ci kilometr bazarı' Çovdarovun qızına necə verilib?

"Oğluma ev almağa 76 min manat ödədim. Pulu 2010-cu ildə versəm də, ev ala bilmədim. 2013-cü ildə evi satmaq istədim. İlham dedi ki, "ev başqasına satılıb, pulunu verəcəyəm". Aramızda etibar vardı, üstəlik, onunla iş də görürdük. Mən onun mənzillərini, obyektlərini satırdım. 2014-cü ildən sonra münasibətlərimiz korlandı. Pulumu ala bilmədim", - Sahib Muradov ifadəsində belə deyib.

Ödədiyi pulu təxminən on gün əvvəl geri alan başqa bir zərərçəkmiş - Kəmalə Hüseynova şikayətçi olmadığını söyləyib.

XS
SM
MD
LG