Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:13

'Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki biz onu məhv edə bilməyək'


İlham Əliyev cəbhə bölgəsində, 12 noyabr 2016
İlham Əliyev cəbhə bölgəsində, 12 noyabr 2016

“Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir”.

Bunu noyabrın 12-də Füzuli rayonunda hərbi qulluqçular qarşısındakı çıxışında prezident İlham Əliyev bildirib.

İlham Əliyev deyib ki, Azərbaycan ordusu istənilən vəzifəni icra etməyə qadirdir:

“İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan ordusunun çox yüksək yeri var. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır, ordumuzda nizam-intizam hökm sürür, maddi-texniki təminatı ən yüksək səviyyədədir”.

İlham Əliyev: “Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq”

“Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə və dəqiqliyə malik olan silahlar, texnika alınır və artıq bizim sərəncamımızdadır”.

İlham Əliyev işğal olunmuş ərazilərə baxır 12 noyabr 2016
İlham Əliyev işğal olunmuş ərazilərə baxır 12 noyabr 2016

​Hərbi qulluqçular qarşısında çıxış edən prezident deyib ki, Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək:

“Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şüşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Bizim heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi”.

“Aprel döyüşləri növbəti tarixi qələbədir”

Prezident 1994-cü ilin yanvar ayında Füzulidəki hərbi əməliyyatları və 22 kəndin azad edilməsini xatırladıb:

“Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri də növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir və tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır”.

XS
SM
MD
LG