Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:41

Bridget Brink müxalifətlə görüşdü


Bridget Brink
Bridget Brink

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin Azərbaycanda səfərdə olan müavini Bridget Brink noyabrın 22-də ölkə müxalifətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, REAL Hərəkatının icra katibi Natiq Cəfərli və Müsavat Partiyası başqanı Arif Hacılı iştirak edib.

Buna da bax:​ ABŞ dövlət katibinin köməkçisi Bakıda

Söhbətlərdə ölkədəki ictimai-siyasi durumun, ABŞ-Azərbaycan əlaqələrinin və münasibətlərin daha da inkişaf etdirilməsi məsələlərinin müzakirə olunduğu bildirilir.

Bu haqda AXCP sədri Əli Kərimli məlumat verib.

Müxalifət təmsilçiləri qonağa insan haqlarının durumu, fəalların həbsi , REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq buraxılmaması barədə bilgiləndiriblər.

ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinin də diqqət mərkəzində olduğu qeyd edilir.

Buna da bax: Azərbaycan Qarabağ problemində ABŞ-ın səylərini artırmasını istəyir

Natiq Cəfərli isə deyib ki, Amerikalı diplomat Azərbaycan rəsmiləri ilə görüşlərdə ən yüksək səviyyədə REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun məsələsini qaldırdığını bildirib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşavirinin müavini noyabrın 22-də prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.

Buna da bax:​ “ABŞ əməkdaşlığın inkişafında maraqlıdı”

Xanım Bridget Brink noyabrın 21-dən 22-nə keçən gecə Azərbaycana gəlib.

XS
SM
MD
LG