Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 21:24

Natiq Əliyev ABŞ-dakı seçkilərin neftin qiymətinə təsirindən yazdı


Natiq Əliyev
Natiq Əliyev

«Neftin qiyməti ilə bağlı qeyri-sabitliyin daha çox siyasi reallıqların təsirindən qaynaqlandığını nəzərə alsaq, onda dünya siyasətinin gələcəkdə uğraya biləcəyi mümkün dəyişiklikləri diqqətdən kənarda qoymamalıyıq».

Bu fikirlər energetika naziri Natiq Əliyevin «Dünya bazarında neft: reallıqlar və perspektivlər» başlıqlı yazısında yer alıb.

N.Əliyev yazır ki, dünyada siyasi proseslər, qlobal güclər arasındakı qüvvələr nisbəti çox sürətlə dəyişir. O, neftin qiymətində ABŞ-da keçirilən son prezident seçkilərinin nəticələrinin roluna da toxunur: «Noyabrın 9-da növbəti 4 il müddətinə ABŞ prezidenti seçilən respublikaçı Donald Trump-ın rəhbərliyi dövründə Ağ evin siyasi və iqtisadi kursunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir».

Nazir qeyd edir ki, Donald Trump-un seçki kampaniyası dövründə verdiyi bəyanatlarda ölkənin enerji müstəqilliyinin təmin olunması və Səudiyyə Ərəbistanından neft idxalına son qoyulması öz əksini tapıb: «Amerikada neft istehsalına tətbiq edilən bütün qadağaların ləğvi, hökumətin neft şirkətlərinə dəstək verməsi və bu kimi addımlara yaxın perspektiv kimi yanaşa bilərik. Bütün bunlar isə dünya bazarında neftin qiymətinin daha da ucuzlaşması, istehlakçı çevrəsinin məhdudlaşması demək olar. Əlbəttə, bütün bunlar gələcəklə bağlı ehtimallardır».

XS
SM
MD
LG