Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:03

Prezidentin Mərkəzi Bankdan fərqli inflyasiya hədəfi


Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankından (AMB-dən) fərqli olaraq, prezident İlham Əliyev inflyasiya hədəfini açıqlayıb.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident 2017-ci ildə makroiqtisadi sabitliyə təminatın və təkrəqəmli inflyasiyanın vacibliyini vurğulayıb.

Buna da bax:​ 2017-ci ildə iqtisadiyyat pulsuz qala bilər

Mərkəzi Bank inflyasiya hədəfini açıqlamayıb

Əsas işi qiymətlərin sabitliyini təmin etmək olan AMB isə bu ilə konkret inflyasiya hədəfini açıqlamayıb. Azərbaycanın baş bankı “2016-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatı”nda da inflyasiya proqnozunu bildirməmiş, sadəcə, bu sözlərlə kifayətlənmişdi:

“Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq, AMB fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaq. 2017-ci ildə də inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcək”.

AMB üçün “məqbul” səviyyənin hansı hədd olduğu bəlli deyil. Baş bank inflyasiyaya qarşı mübarizəni “pul təklifi”ni önəmli dərəcədə məhdudlaşdırmaqla, başqa sözlə, sərt pul siyasəti gerçəkləşdirməklə aparacağını bəyan edib. Bu da o anlama gəlir ki, 2017-ci ildə iqtisadiyyat pulsuz qalacaq.

Buna da bax: İlham Əliyev: 'Biz böhranlı şəraitdən şərəflə çıxdıq'

Ötən il ikirəqəmli inflyasiya olub

Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatlarına əsasən, 2016-cı ilin 11 ayında orta illik inflyasiya 12, 11 % olub. Orta illik əsasda ərzaq qiymətləri 14,1%, qeyri-ərzaq qiymətləri 16,8%, xidmət qiymətləri isə 5,6% artıb. Prezidentin də qeyd etdiyi kimi, inflyasiyanın təkrəqəmli həddə olması vacibdir, çünki devalvasiyadan sonra əhaliyə ən çox bahalaşma təsir göstərib. Təbii ki, hökumətin makroiqtisadi sabitliyə, təkrəqəmli inflyasiyaya necə təminat verəcəyi suallı qalır.

“Hökumət bu il inflyasiyanı təkrəqəmli edə bilsə...”

İqtisadçı ekspert Ülvi Əmrahsoy deyir ki, rəsmi statistikada inflyasiyanın ikirəqəmli - ortalama 12-13% olacağı gözlənilir: “Reallıqda isə manatın dəyərsizləşdiyi bir şəraitdə bu rəqəmin doğruluq payı azdır. Hökumət bu il inflyasiyanı təkrəqəmli edə bilsə, Ginnesin rekordlar siyahısına düşə bilər”.

Buna da bax:​ Qiymətli kağızlar bazarı inkişaf etmək əvəzinə daha da daralıb

Onun fikrincə, AMB sərt pul siyasəti həyata keçirməklə inflyasiyanın artma sürətini azalda bilər: “Amma inflyasiya artmaqda davam edəcək”.

Ü.Əmrahsoya görə, Azərbaycanda makroiqtisadi sabitlik də neftin qiymətindən asılıdır: “AMB son bəyanatında açıq yazıb ki, neftin qiyməti əhəmiyyətli yüksəlməyəcəyi halda, yəni 1 barrel 100 dollar olmayınca, makroiqtisadi sabitliyin təmin olunması real deyil”.

XS
SM
MD
LG