Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:29

Deputat: 'Bu, Azərbaycana ləkə gətirməkdir'


Avropa Şurası Parlament Assambleyası (AŞPA)
Avropa Şurası Parlament Assambleyası (AŞPA)

Bir qrup vətəndaş cəmiyyəti fəalı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı səsvermə hüququnun dayandırılmasını istəyir.

“Azərbaycan nümayəndə heyəti ağır anlar yaşayacaq”

Azərbaycan AŞPA-da səsvermə hüququndan məhrum dilə bilərmi?

Bir qrup vətəndaş cəmiyyəti fəalı Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı səsvermə hüququnun dayandırılmasını istəyir.

Onların quruma ünvanladığı məktubda deyilir ki, AŞPA üzvlərinə rüşvət verməkdə ittiham olunan Azərbaycan nümayəndə heyətinin iki üzvü - Elxan Süleymanov Müslüm Məmmədov araşdırma aparılması şərtiylə “dərhal üzvlükdən çıxarılmalıdır”. Bundan başqa, “rüşvət məsələsindən xəbərdar olsalar belə, heç bir addım atmadıqlarına görə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququ dayandırılmalıdır”.

Buna da bax:​ Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması istənilir

Təbii suallar doğur: Bu təklif AŞPA-da dəstək qazana bilərmi? Olub-bitənlərin Azərbaycana nə faydası var?

“Belə bir təşəbbüsün olması alqışlanmalıdır”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli belə deyir. Onun qənaətincə, son 2-3 ildə Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətinin “kəskinləşməsi, siyasi repressiyaların güclənməsi” ölkənin Avropa Şurası, ATƏT kimi qurumlarda üzvlüyünü sual altına salıb: “Məhz Avropa Şurası, ATƏT kimi qurumlara üzv ölkələrdə belə siyasi təzyiq və repressiyaların olması yolverilməzdir. Ancaq təəssüflər olsun ki, Avropa Şurası və bır sıra başqa qurumlar Azərbaycanda baş verənlərə ciddi təpki vermirlər”.

Anar Məmmədli beynəlxalq qurumlarda bu yöndə iki yanaşmanın müzakirə edildiyini bildirir. Birincisi, Azərbaycanda insan hüquqlarının pozulmasında əli olan məmurlara fərdi sanksiyaların tətbiqidir, yəni viza verilməməsi, bank hesablarının dondurulması və s. İkinci bir yolsa Azərbaycanın üzv olduğu beynəlxalq qurumlarda üzvlüyünün dondurulması və ya AŞPA-da səsvermə hüququnun dayandırılmasıdır.

Buna da bax: Nazirlik sözçüsü: 'Luca Volonte adda adam bizə məsləhət verməyib'

Bu təkliflər gerçəkləşmə ehtimalına gəlincə, Anar Məmmədli cavab verməkdə çətinlik çəkdiyini bildirsə də, fikrini belə tamamlayır: “Hazırda AŞPA-da Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edən, onun səsvermə hüququndan məhrum edilməsini istəməyən xeyli qrup var. Onlar ölkəylə münasibətlərin pozulmasını istəmirlər. Bu baxımdan təklifin dəstək qazanacağına ümid etmirəm”.

Başqa dövlətlərin xüsusi-xidmət orqanlarının tapşırığını yerinə yetirənlər

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev sözügedən təklifə mənfi yanaşır. Deputat bunun Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vuracağını, bu addımı atanların “başqa dövlətlərin xüsusi-xidmət orqanlarının tapşırığını yerinə yetirdiklərini” düşünür:

“Bu addım Azərbaycanın adına mənfilik gətirəcək. Ölkədə deyil, ondan kənarda kömək axtarmağı ən pis addım sayıram. Bu, Azərbaycana ləkə gətirməkdir, bu, vətənpərvər hisslərdən irəli gəlmir, şəxsi mənafeyə xidmət edən hisslərdir. Mən bu cür dəyərləndirirəm”.

Buna da bax:​ 'AŞPA-da ehtiyac yoxuydu ki, kiməsə o boyda rüşvət verəsən'

Rövşən Rzayev: 'Bunlar hamısı qondarma, qurama, gözləmədiyimiz siyasi qüvvələrin işidir'
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Rövşən Rzayev AŞPA üzvü olan iki azərbaycanlı deputatın bu qurumun keçmiş vitse-prezidenti Luka Volonte-yə 2,39 milyon avro rüşvət verməsi barədə iddialara və məsələnin Milan prokurorluğunda araşdırılmasına da toxunur: “Mən Azərbaycan parlamentinin AŞPA-dakı üzvüyəm. Bu prosesləri tam yaxından izləmək imkanım olub. Bunlar hamısı qondarma, qurama, gözləmədiyimiz siyasi qüvvələrin işidir. Azərbaycanın iqtisadi uğurlarını aşağılamaqdır, bu ittihamlar Azərbaycanın qaz dəhlizləri ilə bağlıdır”.

Deputat sonda deyir ki, İtaliyada aparılan məhkəmə prosesi bitəndən sonra “qərara baxıb qiymət vermək” daha doğru olardı.

“Azərbaycan nümayəndə heyəti ağır anlar yaşayacaq”

“Turan” İA-nın redaktoru Şahin Hacıyevsə azərbaycanlı fəalların müraciətindən asılı olmadan Azərbaycanın AŞPA-da səsvermə hüququndan məhrumedilmə məsələsinin qaldırılacağını düşünür:

Buna da bax: "Kürü Diplomatiyası: Nə qədər almısız?"

Şahin Hacıyev: 'Ümumi fon hakimiyyətə qarşı kifayət qədər neqativdir'
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

“Təbii ki, bizim hakimiyyət təşkilatdakı lobbisindən, əlaqələrindən istifadə edərək bunun qarşısını almağa çalışacaq. Amma ümumi fon hakimiyyətə qarşı kifayət qədər neqativdir. Bunun da müxtəlif səbəbləri var. Ən azından Avropa Şurası dəfələrlə İlqar Məmmədovun, Əli İnsanovun məsələsini qaldırıb. Azərbaycan hakimiyyəti bu tələbləri nəzərə almadığı üçün bu da AŞPA-da ölkəyə qarşı mənfi rəy yaradıb. Eləcə də son hadisələr, vətəndaş cəmiyyəti fəallarına, dindarlara qarşı baş verənlər bu mənfi reaksiyanın daha da güclənmə ehtimalını artırır”.

Bununla belə, o da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilib-edilməyəcəyini söyləməkdə çətinlik çəkir. Ancaq Azərbaycan nümayəndə heyətinin “ağır anlar” yaşayacağına əmindir.

XS
SM
MD
LG