Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:53

Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək


Qafqaz Universitetində bağlanma həyəcanı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Qafqaz Universitetində bağlanma həyəcanı

Təhsil Nazirliyinin mətbuat xidməti Qafqaz Universiteti ilə bağlı məlumat yayıb. Məlumatda qeyd edilir ki, Qafqaz Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə bu ali məktəbin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə onlara məlumat verib: «Bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsi xahiş edilir. Azərbaycan Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib».

Nazirlik bildirir ki, tələbələrin ixtisasları, tədris dili nəzərə alınmaqla, müvafiq ali təhsil müəssisələrində qısa zamanda, maneəsiz yerləşdirilməsindən ötrü lazımi şərait yaradılacaq: «Keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Tədris prosesinin bütövlüyünün qorunması məqsədilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq».

Qafqaz Universiteti ləğv olundu

Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Bu barədə «Vergilər» qəzetinin xüsusi buraxılışında xəbər verilib.
Xəbərdə qeyd edilir ki, ali məktəb təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunub.

Kreditorlara iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirmələri tövsiyə edilir.

Bu günlərdə bildirildi ki, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyədə tanınmayacaq.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yaymışdı.

Buna da bax-Qafqaz Universiteti məzunlarına pis xəbər

Hələ ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. İlahiyyatçının özü isə bu iddiaları yalanlayıb.

Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb.

Qafqaz Universitetində Ləğvetmə Komissiyası yaradılıb

«Bəli, Qafqaz Universitetinin ləğv olunması doğrudur. Bununla bağlı Müşahidə və Təsisçilər Şurası qərar verib».

Bunu AzadlıqRadiosuna universitetin mətbuat xidmətindən bildiriblər.

Buna da bax-Təfəkkür Universiteti niyə bağlanır?

Ancaq mətbuat xidmətindən bu təhsil müəssisəsinin gələcək taleyinə aydınlıq gətirməyiblər: «Qafqaz Universitetinin adının dəyişib-dəyişməyəcəyi, özəl universitet statusunda qalacağı, yoxsa dövlət universiteti formatına salınacağı bəlli deyil. Bununla bağlı Müşahidə və Təsisçilər Şurasının bu yaxınlarda toplantısı keçiriləcək və məsələyə aydınlıq gətiriləcək».

Qafqaz Universitetinin rektoru Havar Məmmədov da APA-ya bildirib ki, hazırda Ləğvetmə Komissiyası yaradılıb: «Tələbələrin, müəllimlərin hüquqları pozulmayacaq. Təsisçi tərəfindən bu məsələ ilə bağlı iş aparılır».

Ancaq H.Məmmədov universitetin fəaliyyətinin dayandırılması ilə bağlı suala cavab verməyib.

XS
SM
MD
LG