Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:03

Üzeyir bəy Hacıbəyli. Osmanlıda qanuni-əsasi


Otuz illik istibdad istәr osmanlıların özlәrinә, istәr bizlәrә, istәr әcnәbi adamlara o qәdәr tәsir edib, Osmanlı xüsusunda fikrimizi o qәdәr çaşdırıbdır ki, Osmanlı vә qanuni-әsasi sözlәrinin bir yerdә olması bizә mәzәli görünür vә hәtta mәntiq (loqika) cәhәtincә dә guya xilaf hesab olunur.

Osmanlıda qanuni-әsasi....

İngilisdә qanuni-әsasi.... Almaniyada qanuni әsasi.... Yaponiyada qanuni әsasi.... Hәtta, Rusiyada qanuni-әsasi.... Axırı lap İranda da qanuni-әsasi.... Bu sözlәr bizlәrә bir o qәdәr, hәtta nәinki bir qәdәr, lap heç tәәccüblü görünmür. Doğrudan da, elәdir. Almaniyada qanuni-әsası--Mәşәdi Rüstәmin papağı. Bu ikinci sözlәrә tәәccüb etmәdiyimiz kimi әvvәlincilәrә dә etmirik. Amma, Osmanlıda qanuni-әsasi--bu ona bәnzәr ki, mәsәlәn, Kәrbәlayı Hüseynqulunun furackası.

Xülasә.... Osmanlıda qanuni-әsasi!

Adamlar bir-birinn görüb soruşurlar: bu nә olan işdir sultandan çıxmaya?! Deyirlar ola bilsin ki, sultan mәrhum Müzәffәrәddin şah kimi etmәk istәyir. Bu çox yaxşı olar, hәrgah sultanın oğlu Mәmmәdli şah kimi elәmәyә!

Amma o elәyә bilmәz, çünki Osmanlı camaatına qanuni-әsasinin tәk bir ucunu göstәrmәk kifayәtdir, dalını özlәri çәkib çıxardarlar.

Bәli! Әvvәlcә İstambul qәzetlәri belә yazırdılar:

"Sayeyi-mәrhәmәti-vayeyi-xilafәtpәnahda kamali-rәfahәt vә sәadәtlә yaşamaqda olan Anadolu әhalilәri dövlәti mәmureyi-kiramın onlarla olan müamileyi-müşfiqanәsindәn dolayı tәşәrrüati-binә-hayәlәrini xaki-payi-şahanәyә tәqdim edib ... keflәri kök vo damaqları çağ olduqlarını bildirir".

Amma qanuni-әsasidәn sonra belә yazacaqlar:

"Anadolu vilayәtinin әhalisi acından tәlәf olmaqdadır. Zalım vә rüşvәtxor mәmurların zülmü binәva әhalini cana gәtirmişdir. Arvad-uşaqların ahu nalәsi göyә qalxmışdır. İstambul bunlara tez bir әlac etsin".

Tәfavot әz koca ta bekoca!

Hәlәlik bu sözlәr bәsdir. Çünki qorxuruq ki, birdәn sözümüzü geri götürmәyә mәcbur olaq. Ancaq burası da mәxfi qalmasın ki, әgәr sultan, doğrudan da, qanuni-әsasi versә, o surәtdә Mәmmәdәli şahın sultana bәrk acığı tutacaqdır.
XS
SM
MD
LG