Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:53

Üzeyir bəy Hacıbəyli. Səs-küy, qalmaqal


-- Balam, heç xәbәrin oldu?

-- Nәdәn?

-- Pәh! Filankәs dünәn bir gündә beş min manat nәqd pul götürdü.

-- Mәnim xәbәrim olubdur, görünür ki, sәnin xәbәrin olmayıbdır.

-- Necә?

-- Rәhmәtliyin oğlu, beş min manat nәdir?

-- Bәs, necә?

-- Doqquz min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qәpik ... hansı ki, öz gözümün qabağında sayıbdır.

* * *

-- Aşna, heç xәbәrin oldu?

-- Nәdәn?

-- Pәh! Filankәs mәnim gözümün qabağında bir gündә doqquz min doqquz yüz doxsan doqquz manat doxsan doqquz qәpik pul götürdü.

-- Elә bu?! Bәs mәn eşitdim ki, on beş mindәn yuxarı pul götürübdür?

Çox ola bilsin ki, sәn eşidәn doğrudur, mәn görәndә pesabın yarısı qabaqca çәkilmişdi.

* * *

-- Görәsәn filankәs bir o qәdәr pulu nә edәcәkdir?

-- Hansı pulu?

-- O gün götürdüyü.

-- Әşi, iyirmi min manat çox pul deyil ki, hәlә xәrclәmәk barәsindә dә fikir edilsin.

-- Yox, o cürә xәrclәmәk demirәm ki, mәsәlәn, aparıb restoranlarda-filanlarda xәrclәsin. Ona nә var ki, mәn özüm

srağagün kazinoda min manat şot verdim ki, bir saat keyfin pulu idi. Mәn millәt yolunda xәrclәmәyi deyirәm. İndi ki, biz millәt yolunda xәrclәyirik, gәrәk o da xәrclәsin. Zarafat deyildir, keçәn gün cәmiyyәti-xeyriyyәyә iki

qurban qoyununun dәrisini göndәrmişәm. İndi, gәrәk o da bir oturumda iyirmi min cibişdanına saldı, heç olmazsa, o pulun yarısını ac studentlәrә paylasın. Pis deyirәmsә, deyin ki, pis deyirsәn.

-- Pis deyirsәn.

-- Neyçün?

-- Onun üçün ki, studentlәrdәn başqa millәtimizin alahı dәrdlәri dә çoxdur. A! Gәrәk, haman pulu üç yerә bölsün:

bir hissәsini studentlәrә, bir hissәsini Kars yetimlәrinә, bir hissәsini dә yaralıların mәnfәәtinә versin.

-- Әşi, mәn dә elә onu deyirdim. Mәnim özümә yaxşı mәlumdur ki, milyonerelәrimizdәn bәzilәri kasadlıq olduğuna görә, bir para stipendiyaları kәsib vermirlәr. Çox yaxşı olardı ki, filankәs o stipendiyaları öz boynuna götürәydi. Ona demәk lazımdır ki, balam o qazandığın pul millәt puludur, millәt pulu da gәrәk millәtә sәrf olunsun, vәssalam.

Sәs-küy, qalmaqal.... Bikarçılıq, vәssalam....
XS
SM
MD
LG