«Neapol» istirahət mərkəzinin ikinci mərtəbəsinin uçması nəticəsində dağıntılar altında qalan Zəngilan rayon sakini 45 yaşlı Rafiq Məmmədovun meyiti tapılıb. Onun meyitinin bu gün saat 11:29-da dağıntılar altından çıxarıldığı xəbər verilir.
Digər ölən Rauf Abdullayevin meyitinin yerinin müəyyənləşdirilməsi isə hələ mümkün olmayıb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ərazidə işləyirlər.
Bakı-Sumqayıt yolunda yerləşən «Neapol» istirahət mərkəzinin ərazisində tikilməkdə olan ikimərtəbəli bina avqustun 14-də uçub. Hadisə baş verən zaman tikinti meydançasında olan 17 nəfərdən 14-ü qaça bilib.
Abşeron rayon prokurorluğunda hadisə ilə bağlı cinayət işi qaldırılıb.