Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:16

Nizami Gəncəvi. Leyli və Məcnun (28)


əvvəli

XƏLVƏTƏ ÇƏKİLİB SÖZ YARATMAQ


Arxayın oturma, köç vaxtıdır, qalx!
Sən bu çaş gözünlə özünə az bax!
Mənzilin çətindir, ayağın qabar,
Bəs bu iş nə olsun, de, ey sənətkar!
Ya çıx bir dəfəlik söz meydanından,
Ya bağla qapını, gəlməsin zaman!
Söhbət ki, qılıncı qınında saxlar,
Sən də xəlvətcə tut qınında qərar.
Boş səhifələrmi oldu həmdəmin?
Çoxmu susuz yerdə üzəcək gəmin?
Nizami, bu yolda Xızır kimi dur!
Hər bulaq başında bir söz çadrı qur!
Məcnun sövdasının sər çeşməsindən
Iç, doy sədəfdəki inci kimi sən.

davamı
XS
SM
MD
LG