«Keşlə qəsəbəsində kanalizasiya axıntısının qarşısı artıq alınıb, indi ərazini dezinfeksiya edirlər. Amma hələlik oranı yaşayış üçün təhlükəsiz hesab etmək olmaz».
Bunu «Azadlıq» radiosuna Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.
Gigiyena Mərkəzi içməli sudan laborator nümunələr götürüb. Z. Kazımov sakinlərə məsləhət görür ki, quyu sularından içmək üçün istifadə etməsinlər.
İyulun 24-də kanalizasiya kollektoru çökmüş, nəticədə Keşlə qəsəbəsi və Babək prospekti arasında yerləşən Sabir, Bala Mirzəyev və Yarış küçələri su altında qalmışdı. Üç ev dağılıb.
Sakinlər deyirlər ki, hadisəyə səbəb kanalizasiya sisteminin köhnə olmasıdır.