«Bir atalar sözünə görə bu günə düşdüm. Gördüm ki, üst-başları tozludu, dedim ki, «belə paltarla ya xırmandan gələrlər, ya dəyirmandan». Onlar da bu sözü eşidib məni o ki var döydülər...»
Bunu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon sakini Həsən İbrahimov deyir. İndi o, yataq xəstəsidir. Deyir polislər tərəfindən aldığı zərbələrdən onurğa sütununda problemlər yaranıb. İndi müxtəlif dərmanlar qəbul edir. H.İbrahimovun sözlərinə görə, onu elə döyüblər ki, bundan sonra çətin ki, sağala.
Bəs hadisə necə olub? Niyə polis atalar sözündən sitat gətirdiyinə görə vətəndaşa təzyiq göstərilib?
H.İbrahimov deyir ki, şəhərdən evə qayıdarkən yolda kənd avtobusuna 4 nəfər mülkü geyimli şəxs minib. Onların üst-başı həddən artıq toz-torpaqlı olduğundan avtobusdakılar bu nə üst-başdır deyə soruşublar. H.İbrahimov da sözə atalar misalından sitat gətirməklə qoşulub. Deyib ki, «bu üst-başla ya xırmandan gələrlər, ya dəyirmandan». Qarma-qarışıqlıq da bundan sonra yarandı. Sən demə üst-başları tozlu şəxslər polis olublar, bu sitat onların xoşuna gəlməyib.
Zərərçəkənin sözlərinə görə dediyi iki kəlmə sözdən yana Kəngərli Rayon Polis Şöbəsinin bir neçə əməkdaşı tərəfindən həm fiziki, həm də mənəvi təzyiqə məruz qalıb.
H.İbrahimov hadisə ilə bağlı artıq Kəngərli Rayon Prokurorluğuna həm şifahi, həm də yazılı müraciət edib. Kəngərli rayonu polis əməkdaşlarını məhkəməyə verməyi də düşünür.
Hadisə ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Kəngərli Rayon Polis Şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirdilər ki, adıçəkilən şəxs avtobusda içkili vəziyyətdə olduğundan və asayişi pozduğu üçün polis tərəfindən iltizama dəvət olunub və ona xəbərdarlıq edilib. Döyülmə faktı isə polis şöbəsində inkar edilib.
Şöbədə həmçinin polislərin hansı səbəbdən tozlu-torpaqlı olmasına aydınlıq gətirilib. Həmin polis nəfərləri o gün açıq sahədə işləməkdən gəlirmişlər. Çünki, bu ilin əvvəlində Naxçıvan MR Ali Məclisinin göstərişi ilə respublikada taxıl qıtlığının qarşısını almaq üçün nazirliklər də daxil olmaqla bütün təşkilatlara taxıl əkmək tapşırılıb. MR müəssisə və təşkilatları tərəfindən 5605 hektar sahədə taxıl əkilib. Hələlik 3044 ton məhsul götürülüb. Ayrıca bu il taxıl əkini ilə yanaşı kartof və şəkər çuğunduru da əkiblər. Artıq bir neçə aydır ki, təşkilat işçiləri həftənin şənbə günləri təşkilatların yaşıllıq zolağında iməciliklər keçirirlər. Bazar günləri isə əkin sahələrində çalışırlar.