Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:44

«Azadlıq» qəzetinə qarşı iddia təmin edilmədi


Redaksiya qəzetə qarşı tələbləri «cəfəngiyat» adlandırır
Redaksiya qəzetə qarşı tələbləri «cəfəngiyat» adlandırır
Avqustun 5-də Yasamal Rayon Məhkəməsində Elçin Qurbanovun sədrliyi ilə Azadlıq Hərəkatçıları Birliyinin «Azadlıq» qəzetinə qarşı iddiası üzrə proses başa çatıb.
İddiaçı kollektivi «Azadlıq» qəzeti üzərində mülkiyyət hüququndan məhrum etməyi və cavabdehdən 150 min manat kompensasiya almağı tələb edib. Lakin hakim bu tələblərin əsassız olduğunu bildirərək, iddianı təmin etməyib. İddiaçının nümayəndəsi Təhmasib Novruzov bu qərardan razı olmayıb və bildirib ki, «birinci instansiya məhkəməsinin qərarı hələ heç nəyi həll etmir».

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov məhkəmə qərarından razı qaldığını bildirib. Eyni zamanda, o, əlavə edib ki, «Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur və bugünkü qərar da yalnız imitasiya idi».

İddiaçılar əvvəlcə Xalq Cəbhəsinin fəalları olub, amma sonradan hökumətyönlü qüvvələr düşərgəsinə keçiblər, hazırda onlar özlərini Xalq Cəbhəsinin «həqiqi» üzvləri adlandırırlar və qəzetə qarşı iddia ilə çıxış edirlər. Lakin qəzet redaksiyası bu tələbləri «cəfəngiyat» adlandırır, belə ki, 1995-ci ildə qeyri-formal Xalq Cəbhəsi hərəkatının bazasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yaradılıb və Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatdan keçib. 1998-ci ildə AXCP «Azadlıq» qəzetini redaksiyanın mülkiyyətinə verib.
XS
SM
MD
LG