Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:45

Çin Amerikanı qabaqlasa…


Ekspertlər hesab edirlər ki, Çinin idman təcrübəsi Amerikanınkından fərqlidir
Ekspertlər hesab edirlər ki, Çinin idman təcrübəsi Amerikanınkından fərqlidir
Deyəsən lap «soyuq müharibə» dövründə olduğu kimi, Çin daha çox medal qazanmaq, bununla da özünü təsdiq etmək istəyir. Əsas məqsəd də, Amerikanı üstələməkdir. «Nyu-York Times» yazır ki, hər iki ölkə-həm Amerika, həm də Çin qələbəni təmin etmək üçün çoxlu pul xərcləyir. Çin avtoritarizmi Amerika azadlığıyla qarşı-qarşıya durub.
Amma bu mübarizə «soyuq müharibə» dövrünün mübarizəsindən bir az fərqlidir. Çünki Çində idmandan başqa bütün sahələrdə kapitalizmdir. «Nyu-York Times» belə yazır: «Çin bazarda Adam Smit kimi mübarizə aparırsa, idmanda Lenin kimi yarışır».

Nəticədə Çinin idman təcrübəsi Amerikanınkından fərqlidir. Çin atletləri dünyanın ən yaxşı atletləridir. Ən yaxşı atıcılar kimsənin şəxsi tapançası olmayan Çindəndir. İctimai hovuzları nə qədər az olsa da, ən yaxşı üzgüçülər də Çinindir. Tullanma, yüngül qayıq yarışı, qadın softbolu Çin idmançılarının ən yaxşı nəticə göstərdiyi idman növləridir. Halbuki çinlilər belə idman növlərinə elə də maraq göstərmirlər.

Onda niyə yarışlarda uğur qazanırlar? «Nyu-York Times» yazır ki, səbəb Çinin Baş İdman Administrasiyasının işini yaxşı tutmasıdır. Administrasiya Çinin hansı sahələrdə qızıl medal qazana biləcəyini müəyyən edir, həmin sahəyə əlavə pul ayırır, məktəblilər arasında kəşfiyyat aparır, normalara uyğun uşaqları tapıb, təlim keçir. Hökumətin göndərdiyi kəşfiyyatçılar hansısa kənddən dirsəyində əlavə oynağı olan 6 yaşlı qızı idmana cəlb edə bilər. Çünki o qız bir neçə ildən sonra əvəzolunmaz üzgüçüyə çevrilir.

Çin 2000-ci il Sidney olimpiadasından sonra «119-cu əməliyyat» adlandırdığı əməliyyata başladı. «119» qazanılması mümkün olan qızıl medalların sayını göstərir. Sonrakı Afina Olimpiadasında Çin idmançıları amerikanınkılardan cəmi 4 medalla geri qalırdılar.

İndi Çin idman məktəblərində 200 min peşəkar atlet məşğuldur.
Amerikada isə əksinə, 10 milyonlarla uşaq yarışır, yalnız ən yaxşılar qabağa çıxır. Xərclərin çoxunu valideynlər ödəyir.

Amma Çində komanda oyunlarına diqqət verilmir. Səbəb odur ki, hökumət adamların müntəzəm şəkildə toplanmasına şərait yaradan istənilən şeydən ehtiyat edir.

Çin hökuməti idmana ayırdığı büdcə barədə məlumat vermir, amma bəllidir ki, Çinin xərci Amerikanın Milli Olimpiya Komitəsinin xərcindən dəfələrlə çoxdur. Amerika Milli Olimpiya Komitəsi ildə 130 milyon dollar xərcləyir.

Odur ki, bəzi Çin ziyalıları buna etiraz edirlər. Onlar hesab edirlər ki, inkişaf etməkdə olan ölkədə qızıl medal kimi əhəmiyyətsiz bir şeyə o qədər pul xərcləmək olmaz.

Amma bir şey var ki, Çin atletləri amerikanınkıları qabaqlasalar və Çin əhalisi yalnız ən yaxşıların qalib gəldiyi sistemi qəbul eləsə, dünyanın etirazına yer qalmır.
XS
SM
MD
LG