BMT-də Rusiya-Gürcüstan qarşıdurması ilə bağlı qeyri-rəsmi məsləhətləşmələr başlayıb.
Birləşmiş Ştatların BMT-dəki səfirinin müavini Alexandro Volf deyib ki, münaqişə genişlənərək, nəzarətdən çıxır. ABŞ Moskvanı hərbi əməliyyatlara son qoyaraq, Gürcüstan ərazisini tərk etməyə çağırıb.
BMT Baş katibinin sülhməramlı missiyalar üzrə müavini Edmond Mule deyib ki, münaqişə Abxaziya ərazisinə keçib və abxaz separatçıları gürcü qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb.
Mule bildirib ki, BMT Abxaziyada Gürcüstanın nəzarət etdiyi Kodor dərəsindən 15 hərbi müşahidəçisini geri çağırıb.
Bu arada Avropa Birliyi münaqişənin Rusiya ilə qurum arasında münasibətləri poza biləcəyi barədə xəbərdarlıq edib.
Avropa Birliyinə prezidentlik edən Fransa Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və Rusiyanın Gürcüstanın atəşkəs təklifinə razı olmasını gözlədiyini bildirib.
Avropa Birliyinə prezidentlik edən Fransa Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və Rusiyanın Gürcüstanın atəşkəs təklifinə razı olmasını gözlədiyini bildirib.
Fransanın Xarici İşlər naziri Bernar Kuşnerin bölgəyə səfər edib, sülh planı təqdim edəcəyi gözlənilir.