Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

«bp-Azərbaycan» istehsalı aşağı salıb


Neft hazırda Bakı-Novorossiyski kəməri və dəmiryolu vasitəsi ilə nəql edilir
Neft hazırda Bakı-Novorossiyski kəməri və dəmiryolu vasitəsi ilə nəql edilir
«bp-Azərbaycan» şirkəti avqustun 6-dan Bakı-Tbilisi-Ceyhan kəmərində baş vermiş qəzaya görə istehsalı aşağı salıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı «Azadlıq» radiosuna bildirib ki, neft və qaz hasilatı davam edir:
«Neft hasilatı Səngəçal terminalındakı ehtiyat saxlanma yeri və qalan ixrac yollarının neftgötürmə gücü ilə uzlaşdırılır».

BTC-nin Türkiyə ərazisindən keçən hissəsində avqustun 6-da yanğın baş verib. Həmin gündən boruda neftin nəqli dayandırılıb. Bu vaxta kimi qəzanın nəticələri aradan qaldırılmayıb.

T.Bayatlı onu da bildirib ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz, Bakı-Supsa kəməri ilə isə neft nəqli Gürcüstanda baş verən hadisələrlə əlaqədar dayandırılıb:

«Buna baxmayaraq, həm Türkiyə, həm də Gürcüstan kəmərdə olan qazı alır, eyni zamanda hasilat da davam edir».

«Əsrin Müqaviləsi» çərçivəsində Azəri-Çıraq-Günəşli yataqlarından çıxarılan neft hazırda Bakı-Novorossiyski kəməri və dəmiryolu vasitəsi ilə nəql edilir.
XS
SM
MD
LG