Beynəlxalq hüquq-müdafiə təşkilatı «Human Rayts Votç» bildirib ki, Rusiya Gürcüstan ərazisinə girərkən kasset bombalarından istifadə edib.
Təşkilat iddia edir ki, Rusiyanın avqustun 12-də Gürcüstanın iki şəhərinə - Ruisi və Qoriyə hava hücumları ilə bağlı sübutlar var. Təşkilatdan deyirlər ki, kasset bombaları Rusiya təyyarələrindən endirilib. Bu həmlə zamanı 11 sakin ölüb, çoxu isə yaralanıb.