Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:01

Sumqayıtın seçki havası…


«Bütün mübarizə 2003-cü ildəki prezident seçkilərində öldü. İndi isə sükutdur…»
«Bütün mübarizə 2003-cü ildəki prezident seçkilərində öldü. İndi isə sükutdur…»
Sumqayıtda seçki əhval-ruhiyyəsi necədir? Bu suala şəhər sakinlərinin birinci cümləsi «əla», ikinci cümləsi «hələ namizədləri tanımıram»dır.
Şəhər əhalisi arasında «Seçki bizlik deyil», deyib mikrofondan qaçanlar da az deyildi.

Ekspertlər hesab edir ki, 2003-cü illə müqayisədə təkcə Sumqayıtda deyil, bütün respublikada seçki ab-havası zəifdir.
Sumqayıt 42 saylı 2-ci seçki dairəsinin 28 saylı məntəqənin sədri Bəxtiyar Əliyevsə deyir ki, sumqayıtlıların seçkiyə marağı yüksəkdir, çünki özlərində məsuliyyət hiss edirlər.

«Camaat özündə məsuliyyət hiss edir. Adamlar adlarının seçici siyahısında olub-olmadığını dəqiqləşdirməyə gəlirlər».
Seçki məntəqəsinin nümayəndələri də sədrin dediklərini təsdiqləyir.

«Dairənin nümayəndəsi kimi deyə bilərəm ki, bunlar işləyirlər. Öz işlərini görürlər. Namizədlərin siyahısı hələ tam bilinmir, hələ bilmirik nə var nə yox».

Müxalifət partiyalarının Sumqayıtdakı nümayəndələrindən isə fərqli cavablar eşitdik. Seçkiyə qatılmasa da, Müsavat partiyasının şəhər təşkilatının nümayəndəsi Vəfa Cümşüdlü əhali arasındakı müzakirələri izləyir və deyir ki, indi vətəndaşları öz problemləri qayğılandırır, prezident seçkiləri yox.

«Son vaxtlar yaşlı insanlarla da ünsiyyətdə olmuşam. Seçki ilə bağlı danışanda təəccüblənirlər ki bu il seçki var? İnsanlarda seçkiyə maraq yoxdu. Deyirlər ki, bizim nə güzəranımız var ki? Seçkiyə gedib guya nəsə edəcəyik ki?..»
Xalq Cəbhəsi Partiyasının Sumqayıt şöbəsinin sədri Tofiq Əliyevin fikrincə, ssenari əsasında qurulmuş seçkiyə marağın olmaması təbiidir. O, deyir ki, bütün mübarizə 2003-cü ildəki prezident seçkilərində öldü.

«O vaxt bir mübarizlik hiss olunurdu. Bu gün isə tamamilə bir sükut. Millət hesab edir ki, bu gün ssenari əsasında qurulmuş bir seçkidir. Müxalifət yox, təkcə iqtidarın nümayəndəsi şanslıdır bu gün. Bugünkü namizədlərin heç birini millət tanımır. Nə bir xalqın mövqeyindən çıxış edən namizəddir, nə də ki siyasi baxımdan tanınmış adamlardır. Onların hamısı seçki xatirinə qoşulublar seçkiyə».
XS
SM
MD
LG