Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə daha iki iddiaçının namizədliyini təsdiq edib. Bunlar «Mədəniyyət» qəzetinin məsləhətçisi Teymur Quliyev və «Ekspertiza» qəzetinin baş redaktoru Süleyman Quliyevdir.
Hər iki şəxs namizədliyini özü irəli sürüb.
Bununla da prezidentliyə iddiaçıların ümumi çayı 14-ə çatıb. Onlardan bir nəfərin - hazırkı prezident İlham Əliyevin namizədliyi qeydiyyata alınıb.
MSK həmçinin şikayətlərə və müraciətlərə baxılmasının effektivliyinin artırılması məqsədilə ekspert qrupu yaradıb. Analoji qruplar Dairə Seçki komissiyalarında da yaradılacaq.
«Turan»