Bu gün Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan Azərbaycana gəlir. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, cənab Ərdoğan günorta saat 1-də Bakıya gəlməlidir.
Səfirlikdən deyirlər ki, R.T.Ərdoğanın bütün görüşləri prezidentin Zağulbadakı iqamətgahında keçiriləcək.
Axşam saatlarında isə cənab Ərdoğan səfərini başa vurmalıdır.
Gözlənilir ki, Baş nazir görüşlərdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyi və Qafqaz İttifaqının yaradılması məsələlərini müzakirə edəcək.