Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:24

«Praqaya ilk girənlərdən olmuşam»


«Şadam ki, o vaxt bir çoxları kimi çexlərə güllə atmaq məcburiyyətində qalmamışam»
«Şadam ki, o vaxt bir çoxları kimi çexlərə güllə atmaq məcburiyyətində qalmamışam»
«1968-ci ildə Sovet qoşunları Çexoslovakiyaya girəndə mən Belarusda xidmət edirdim. Taxıl yığırdıq, əmr verdilər ki, hazır olaq...»
1968-ci il Praqaya daxil olan Sovet qoşunlarının tərkibində olmuş Akif Mehdiyev «İşdən sonra»ya belə deyir.
Mehdiyev bildirir ki, əvvəlcə onları Polşaya aparıblar:
«Bir aya qədər Polşada qaldıq. Sonra Çexoslovakiyaya girdik. Praqaya ilk girənlərdən olmuşam. Yol boyu adamlar düzülmüşdülər. Yumruqlarını düyünləyib bizi söyürdülər. Əllərinə keçəni üstümüzə atırdılar. Mən sürücü idim. Şadam ki, o vaxt bir çoxları kimi çexlərə güllə atmaq məcburiyyətində qalmamışam».
1968-ci il avqustun 21-də Sovet qoşunları Praqaya daxil olub Moskvaya itaət etmək istəməyən Çexoslovakiya rəhbərliyini hakimiyyətdən devirib. Həmin vaxt buna etiraz edən 100-dən çox çex qətlə yetirilib.

Buna da bax:

XS
SM
MD
LG