Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:02

Bakı-Sumqayıt yolunun açılışı olub


Avqustun 22-də prezident İlham Əliyevin iştirakı ilə Bakı-Sumqayıt yolunun (35 km) açılış mərasimi olub. Bu, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun bir hissəsidir.
Yol Nəqliyyat Nazirliyinin «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə «Akkord» şirkətlər qrupu tərəfindən tikilir. Layihə 16-cı və 134-cü km-lər arasındakı hissədə beton örtüklü yolun tikintisini nəzərdə tutur. Layihənin sürətlə reallaşması üçün yol üç hissəyə bölünüb. İşə təxminən 7 min nəfər və 3 mindən çox yol texnikası cəlb edilib.

120 km uzunluğunda torpaq-bərkitmə işləri aparılıb. Bununla yanaşı, kommunikasiya xətləri dəyişdirilir, körpülər və keçidlər tikilir. Hər iki istiqamətdə yolun 100 km uzunluğunda beton örtüklər qurulub. Örtüyün qalınlığı 28 sm-dir ki, bu, çox sayda yük maşınlarının hərəkətini həyata keçirməyə imkan verir. Ümumilikdə yolda 21 körpü və keçid, 10 nəqliyyat qovşağı, heyvanlar üçün 15 keçid, 4 beton zavodu, 5 servis meydançası tikiləcək.
«Turan»
XS
SM
MD
LG