Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:17

Buş Rusiyanın qərarını pisləyib


ABŞ prezidenti Corc Buş
ABŞ prezidenti Corc Buş
Amerika prezidenti Corc Buş Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarını pisləyib. Deyib ki, bu addım gərgin münasibətləri daha da gərginləşdirir və diplomatik danışıqları çətinləşdirir.
Rusiya prezidenti Dmitri Medvedev avqustun 26-da Gürcüstanın separatçı regionları - Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla bağlı fərman imzalayıb. Rusiyanın bu qərarı Avropa Birliyi, NATO və ATƏT tərəfindən də pislənib.
Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin deyib ki, Gürcüstanın bu ayın əvvəlində Cənubi Osetiyaya hücumu yeni həqiqətlər üzə çıxarıb ki, bu da Moskvanın qərarına haqq qazandırır.
XS
SM
MD
LG