Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

«Bizim atlarla ancaq Kəlbəcərə getmək olar»


Cəmaləddin Rəhmanov və Aqşin Kazımzadə
Cəmaləddin Rəhmanov və Aqşin Kazımzadə
«Məgər hər atı olimpiadaya göndərmək olar? Deyirlər ki, bizim özümüzün gözəl atlarımız var. Bizim atlarla ancaq Kəlbəcərə getmək olar».

Əməkdar jurnalist, idman şərhçisi Aqşin Kazımzadə «Can Bakı»ya belə deyib.

Milli Olimpiya Komitəsinin (MOK) ictimaiyyətlə əlaqələndiricisi Cəmaləddin Rəhmanov isə bildirir ki, Azərbaycanın olimpiada da atçılıq yarışına qatılması ölkənin imicinə çox müsbət təsir göstərib:

«At üçün milyon yarım avro bir pul deyil. Həmin milyonu bölüb milyon adama versəydin, onların hansısa problemini həll etmək olardı?».

C.Rəhmanov Azərbaycanın Pekin olimpiadasında 39-cu yerə çıxmasını yüksək nəticə kimi qiymətləndirir:

«İndi idmana gələnlərin sayı artb. Amma regionlarda idmana gələnlərin sayı nisbətən azdır. Yerlərdə məşqçi problemi var. Həm də çoxları iri olimpiya mərkəzlərinə gəlib çıxa bilmir. Ona görə də tədricən yerlərdə kiçik məşq zalları tikməyə başlayacağıq».

MOK əməkdaşı deyir ki, olimpiya komplekslərində məşqlər yeniyetmələr üçün pulsuz olmalıdır:

«Əgər bunu pullu edirlərsə, deməli, ya kompleks rəhbərləri, ya da məşqçilər qanunu pozurlar».

XXIX Pekin Yay Olimpiya oyunlarında Azərbaycanı atçılıq yarışısında təmsil edən at Fransadan 1 milyon 970 min avroya alınmışdı. Çapar Camal Rəhimovun idarə etdiyi at ikinci təsnifat mərhələsində uğursuz çıxış etmişdi.

Buna da bax:

XS
SM
MD
LG